Təbiəti ruhunda hiss et! Kənd turizmi ilə...

        Yaşatmaq üçün ilk növbədə yaşamaq lazımdır, doyunca yaşamaq! Etmək istədiyin nə varsa etmək, zamanımız varkən gəzmək, görmək, bilmək, həyatdan zövq almaq. Təbiətin qoynu bambaşqa bir aləmdir. İnsan təbiətin bir parçasıdır və ona görə də daima təbiətə can atır. Onunla bütünlənmək, onunla var olmaq istəyir. Təbiəti ruhunda hiss etmək istəyir!

    Bəli bu yazdıqlarımı 2 kəlimə ilə anlatmaq istəsəm bunu Kənd Turizmi adlandıraram. Bəli, bəli Kənd Turizmi. Sizcədə Kənd Turizmi yaşıllıqların, təbiətin qoynunda olmaq deyilmi?! Ruhunu təbiətə təslim etmək, hər anından zövq almaq. Bədəninin hər zərrəsində təbiətin varlığını hiss etmək, ruhunu oxşamasına icazə vermək. Bütün problemlərdən uzaqlaşmaq, gülmək, əylənmək, yaşamaq, unutmaq, sevmək deyilmi?! Məncə bu sözlərin hərbiri ayrılıqda və bütövlükdə kənd turizmini işarə edir...
       Kənd turizmi ekoturizmin bir növüdür və onun təməlində kənd həyatı durur. Kənd həyatı öz gözəllikləri ilə cəlbedici eyni zamanda heyranedicidir.  Hərsabah günəşin doğuşunu izləmək, quşların səsini dinləmək, təbiətlə iç içə olmaq qədər dəyərli  hiss yoxdur.  
       Xüsusilə də yay aylarında kənd turizmi bizi və digər turistləri cəlb edir. Hər kəs bir müddət də olsa, şəhərlərin səs-küyündən, istisindən uzaqlaşıb dağların, meşələrin qoynunda, yaxud da kənd evlərində, kiçik mehmanxanalarda dincəlmək istəyir..
Bu yazımda məqsədim Kənd turizminin həm beynimiz, həm ruhumuz və əsasda sağlamlığımız üçün çox faydalı olduğunu qeyd etmək idi. Hərzaman təbiətlə və sağlıqla qalın!
                                                                                                         Leyla Hüseynli 
                                                                                   əlaqə: leylahuseynli@yahoo.com

Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda turizmin inkişaf perspektivləri


        Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda turizmin inkişaf perspektivləri

      Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun turizm profilli regiona çevrilməsi üçün çoxlu imkanlar vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünə məxsus mətbəxi və qonaqpərvərliyi, dağları, təmiz havası, meşələri, rəngarəng iqlimi və s.  Lakin bu imkanlardan tam şəkildə istifadə olunmur. Yaxın gələcəkdə həm təbii, həm də antropogen turizm ehtiyyatlarından istifadə etməklə Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda bir sıra problemləri aradan qaldırmaq olar.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonu üzrə qəbul edilmiş və göndərilmiş turistlərin sayı, cəmi(nəfər)                                                              
       Azərbaycanda, eyni zamanda Gəncə-Qazax turizm bölgəsində işgüzar turist gəlmələri üstünlük təşkil edir. Orta hesabla ölkəmizə gələn turistlərin 89%- i işgüzar, 8,8%-i şəxsi,  1,5%-i isə turizm məqsədi ilə gəlirlər. Gəncə şəhərinin 2012-ci ildə Azərbaycanın "Gənclər paytaxtı”. 2016 cı ildə isə “Avropanın Gənclər paytaxtı” olması turist səfərlərinin daha da artdığını göstərir. Gəncə-Qazax turizm bölgəsinə gələn turistlərin böyük əksəriyyəti MDB ölkələrinin payına düşür. Sonrakı yerləri Türkiyə, İran, və Gürcüstandan gələn turistlərin 20%-ni turistlər turoperatorların hesablaması təşkil edir. Rəsmi statistik məlumatlar olmasa da turoperatorların hesablaması göstərir ki, turistlərin bölgə ərazisində qalma müddəti 2 günə bərabərdir. Turoperatorların digər statistikasına görə Gəncə-Qazax zonasında turizmin zəif inkişafının səbəbi işğal olunmuş ərazilərə qonşu mövqelərdə olmasıdır.

        Bundan əlavə rayon daxilində turizmin inkişafına təkan verən amillərdən biri meşələrdir. Meşələrdə heyvanlar- qaban, ayı, tur, Qafqaz maralı, həmçinin turac, qırqovul və digər quşlar mövcud olan ovçuluq təsərrüfatının daxilində qanuni ovçuluğun obyektinə, qoruqdaxilində isə fotoovçuluğun predmetinə çevrilə bilər. Turizmin inkişafına təkan verən digər amil mineral bulaqlardır. Regionda yerləşən Naftalan şəhəri isə öz müalicəvi nefti ilə turistlərin diqqətini çəkir. Bölgəyə gələn turistlər həmçinin üzümçülük, meyvəçilik, ipəkçilik, pambıq plantasiyaları və b kənd təsərrüfatları ilə məşğul olan müəssisələrlədə tanış ola bilərlər.
     Gəncə şəhəri və onun ətraf kəndlərini, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının əraziləri də milli irs nümunələrimiz ilə zəngindir. Bu regiona gələn turistlər Gəncə xalçaçılıq məktəbi ilə tanış olmaqla Azərbaycanın milli irsinin zənginliyinə şahid olurlar. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarının istehsal mərkəzi kimi tanınıb. Əsirlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olmuşdur. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına da müsbət təsir göstərmişdir.
      Gəncə-Qazax iqtisadi-coğrafi rayonu, xüsusilə onun dağlıq hissəsi xeyli balneoloji və turizm sərvətləri ilə zəngindir. Burada keçmişdən qalan bir neçə balneoloji-kurort və turizm-istirahət kompleksi vardır. Mülayim iqlim, təmiz havası, mineral suların və müalicəvi neftin mövcudluğu, enliyarpaqlı meşələr, meyvə bağları və üzümlüklər müasir tələblərə cavab verən kurort-sanatoriya müalicəsinin, kütləvi istirahət və turizmin təşkilinə əlverişli şərait yaradır. Lakin bu cür imkanlar tam istifadə edilmir. Regionun yaz-yay dövrləri rekreasiya təsərrüfatının inkişafı üçün də çox əlverişlidir.
                                                                                                         Leyla Hüseynli
əlaqə: leylahuseynli@yahoo.com

Kənd yaşıl turizmin təbliği istiqamətində Quba və Xaçmaz rayonlarına İnfoTur təşkil edilib


Kənd yaşıl turizmin təbliği istiqamətində Quba və Xaçmaz rayonlarına
İNFOTUR təşkil edilib.

 15iyul 2019-cu il/ Şəfəq Ekoturizm İctimai Birliyi

AZ4200, Lənkəran şəh., Z.Əliyeva küç., 124/10            Mob: 055 719 20 68           E-mail: shafagect@gmail.com

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Şəfəq" Ekoturizm İctimai Birliyi tərəfindən icra edilən "Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili" layihəsi çərçivəsində 12 – 14 iyul 2019-cu il tarixlərini əhatə edən İNFOTUR yekunlaşdı. İnfoturun birinci günü ölkəmizdə fəaliyyət göstərən KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər sosial-fəal 20 nəfərdən ibarət şəxslər layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə haqqında məlumatlandırılıb. Layihə rəhbəri layihənin kənd sakinlərinə sosial-iqtisadi cəhətdən faydalı olduğunu, onların maddi rifahlarının yaxşılaşmasına, həmçinin turistlərin istirahətinin səmərəli və keyfiyyətlə həyata keçirmək istəyən şəxslərin kənd turizmi xidmətlərinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. İştirakçılar fəaliyyətləri ilə bağlı məlumat verib, layihəni yüksək qiymətləndirib, kənd turizmi və bu istiqamətdə layihəyə verəcəkləri töhfələr haqqında fikirlərini bölüşüblər. Layihə rəhbəri infoturun proqramı ilə iştirakçıları tanış etdikdən sonra Quba rayonun Afurca kəndinə səfər edilərək oradakı kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə kəndli təsərrüffatlarına baş çəkilib və onların kənd turizmi istiqamətində təcrübələrini öyrənib, həmin ailələrin həyat tərzi ilə maraqlanıb, kiçik təsərrüfatları ilə tanış olub, heyvan kəsimi, kartofun torpaqdan çıxarılması və təbii məhsullardan istifadə etməklə yeməyin hazırlanmasında iştirak ediblər. Proqrama uyğun olaraq Qubanın Təngaltı kəndində Vəlvələ çayının yaratdığı Kanyonlara səfər edilib, daha sonra isə 1946-cı ildə alman əsirləri tərəfindən salınan Qubanın ən qədim parkı Nizami adına parkı gəzən iştirakçılar XIX əsrə aid Qudyalçay üzərindəki qədim Tağlı körpüyə eniblər, dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbədə olublar. Gün ərzində Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev və “Kənd Yaşıl Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin Şimal regionu üzrə nümayəndəsi Elşən Məmmədov iştirakçılarla görüşüb. Görüşdə kənd yaşıl turizmi və onun mahiyyəti, kənd turizminin sosial-iqtisadi, mədəni təsirləri, kənd turizminin təbliğiatı istiqamətində əsas amillər haqqında fikir mübadiləsi aparılıb.

İnfoturun növbəti günündə iştirakçılar Xaçmaz rayonunun Ləcət kənd sakini təsərrüfatçı Amid Xanmetovun təsərrüfatı ilə tanış olublar. A.Xanmetov meyvələrin becərilmə və istehsal üsulları, oradakı şərait və imkanlar haqqında ətraflı məlumat verdikdən sonra infotur iştirakçıları meyvə yığımında iştirak edib və yığdıqları məhsullardan dadaraq, alış ediblər.
            İnfotur zamanı Xaçmaz Turizm İnformasiya Mərkəzində Xaçmaz rayonunun icra hakimiyyətinin əməkdaşı Araz Rzayev, mərkəzin rəhbəri Vasif Əhmədov, kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə-kəndli təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşün təşkil olunmasında məqsəd yerli əhali ilə infotur iştirakçıları arasında kənd yaşıl turizmi inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, onların bu fəaliyyət çərçivəsində rastlaşdıqları problemlər, kənd turizminin inkişafını şərtləndirən əsas amillər, kənd evlərində turistlərin qəbulu üçün tələb olunan standartların müzakirəsi və təbliğat işinin artırılması olmuşdur.
İştirakçılar həmçinin Xaçmaz rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə Xaçmaz rayon Heydər Əliyev Mərkəzi, açıq səmada altında Şəxsiyyətlər Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Xaçmaz qülləsini ziyarət ediblər.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd regionlarda müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd yaşıl turizmi potensialının istehlakçılara çatdırılmasını təşviq etməkdir.

                                                                                                       Leyla Hüseynli
əlaqə: leylahuseynli@yahoo.com

Silikon Vadisi 🍀

                                                                                       Silikon Vadi si       ⧬  Şimali Kaliforniyad...