Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda turizmin inkişaf perspektivləri


        Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda turizmin inkişaf perspektivləri

      Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun turizm profilli regiona çevrilməsi üçün çoxlu imkanlar vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünə məxsus mətbəxi və qonaqpərvərliyi, dağları, təmiz havası, meşələri, rəngarəng iqlimi və s.  Lakin bu imkanlardan tam şəkildə istifadə olunmur. Yaxın gələcəkdə həm təbii, həm də antropogen turizm ehtiyyatlarından istifadə etməklə Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda bir sıra problemləri aradan qaldırmaq olar.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonu üzrə qəbul edilmiş və göndərilmiş turistlərin sayı, cəmi(nəfər)                                                              
       Azərbaycanda, eyni zamanda Gəncə-Qazax turizm bölgəsində işgüzar turist gəlmələri üstünlük təşkil edir. Orta hesabla ölkəmizə gələn turistlərin 89%- i işgüzar, 8,8%-i şəxsi,  1,5%-i isə turizm məqsədi ilə gəlirlər. Gəncə şəhərinin 2012-ci ildə Azərbaycanın "Gənclər paytaxtı”. 2016 cı ildə isə “Avropanın Gənclər paytaxtı” olması turist səfərlərinin daha da artdığını göstərir. Gəncə-Qazax turizm bölgəsinə gələn turistlərin böyük əksəriyyəti MDB ölkələrinin payına düşür. Sonrakı yerləri Türkiyə, İran, və Gürcüstandan gələn turistlərin 20%-ni turistlər turoperatorların hesablaması təşkil edir. Rəsmi statistik məlumatlar olmasa da turoperatorların hesablaması göstərir ki, turistlərin bölgə ərazisində qalma müddəti 2 günə bərabərdir. Turoperatorların digər statistikasına görə Gəncə-Qazax zonasında turizmin zəif inkişafının səbəbi işğal olunmuş ərazilərə qonşu mövqelərdə olmasıdır.

        Bundan əlavə rayon daxilində turizmin inkişafına təkan verən amillərdən biri meşələrdir. Meşələrdə heyvanlar- qaban, ayı, tur, Qafqaz maralı, həmçinin turac, qırqovul və digər quşlar mövcud olan ovçuluq təsərrüfatının daxilində qanuni ovçuluğun obyektinə, qoruqdaxilində isə fotoovçuluğun predmetinə çevrilə bilər. Turizmin inkişafına təkan verən digər amil mineral bulaqlardır. Regionda yerləşən Naftalan şəhəri isə öz müalicəvi nefti ilə turistlərin diqqətini çəkir. Bölgəyə gələn turistlər həmçinin üzümçülük, meyvəçilik, ipəkçilik, pambıq plantasiyaları və b kənd təsərrüfatları ilə məşğul olan müəssisələrlədə tanış ola bilərlər.
     Gəncə şəhəri və onun ətraf kəndlərini, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının əraziləri də milli irs nümunələrimiz ilə zəngindir. Bu regiona gələn turistlər Gəncə xalçaçılıq məktəbi ilə tanış olmaqla Azərbaycanın milli irsinin zənginliyinə şahid olurlar. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarının istehsal mərkəzi kimi tanınıb. Əsirlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olmuşdur. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına da müsbət təsir göstərmişdir.
      Gəncə-Qazax iqtisadi-coğrafi rayonu, xüsusilə onun dağlıq hissəsi xeyli balneoloji və turizm sərvətləri ilə zəngindir. Burada keçmişdən qalan bir neçə balneoloji-kurort və turizm-istirahət kompleksi vardır. Mülayim iqlim, təmiz havası, mineral suların və müalicəvi neftin mövcudluğu, enliyarpaqlı meşələr, meyvə bağları və üzümlüklər müasir tələblərə cavab verən kurort-sanatoriya müalicəsinin, kütləvi istirahət və turizmin təşkilinə əlverişli şərait yaradır. Lakin bu cür imkanlar tam istifadə edilmir. Regionun yaz-yay dövrləri rekreasiya təsərrüfatının inkişafı üçün də çox əlverişlidir.
                                                                                                         Leyla Hüseynli
əlaqə: leylahuseynli@yahoo.com

Hiç yorum yok:

Yorum Gönder

Silikon Vadisi 🍀

                                                                                       Silikon Vadi si       ⧬  Şimali Kaliforniyad...