Kənd
yaşıl turizmin təbliği istiqamətində Quba və Xaçmaz rayonlarına
İNFOTUR
təşkil edilib.
AZ4200, Lənkəran şəh., Z.Əliyeva küç., 124/10 Mob: 055
719 20 68 E-mail:
shafagect@gmail.com
|
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə
"Şəfəq" Ekoturizm İctimai Birliyi tərəfindən icra edilən "Kənd
yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili" layihəsi
çərçivəsində 12 – 14 iyul 2019-cu il tarixlərini əhatə edən İNFOTUR yekunlaşdı.
İnfoturun birinci günü ölkəmizdə fəaliyyət göstərən KİV, QHT, Turizm şirkətlərinin
əməkdaşları və digər sosial-fəal 20 nəfərdən ibarət şəxslər layihə rəhbəri
Vamiq Babayev tərəfindən layihə haqqında məlumatlandırılıb. Layihə rəhbəri layihənin kənd sakinlərinə sosial-iqtisadi cəhətdən
faydalı olduğunu, onların maddi rifahlarının yaxşılaşmasına, həmçinin turistlərin
istirahətinin səmərəli və keyfiyyətlə həyata keçirmək istəyən şəxslərin kənd
turizmi xidmətlərinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. İştirakçılar
fəaliyyətləri ilə bağlı məlumat verib, layihəni yüksək qiymətləndirib, kənd
turizmi və bu istiqamətdə layihəyə verəcəkləri töhfələr haqqında fikirlərini
bölüşüblər. Layihə rəhbəri infoturun proqramı ilə iştirakçıları tanış etdikdən
sonra Quba rayonun Afurca kəndinə səfər edilərək oradakı kənd turizmi fəaliyyəti
ilə məşğul olan ailə kəndli təsərrüffatlarına baş çəkilib və onların kənd
turizmi istiqamətində təcrübələrini öyrənib, həmin ailələrin həyat tərzi ilə
maraqlanıb, kiçik təsərrüfatları ilə tanış olub, heyvan kəsimi, kartofun
torpaqdan çıxarılması və təbii məhsullardan istifadə etməklə yeməyin
hazırlanmasında iştirak ediblər. Proqrama uyğun olaraq Qubanın Təngaltı kəndində
Vəlvələ çayının yaratdığı Kanyonlara səfər edilib, daha sonra isə 1946-cı ildə
alman əsirləri tərəfindən salınan Qubanın ən qədim parkı Nizami adına parkı gəzən
iştirakçılar XIX əsrə aid Qudyalçay üzərindəki qədim Tağlı körpüyə eniblər, dağ
yəhudilərinin yaşadığı Qırmızı Qəsəbədə olublar. Gün ərzində Quba Regional
QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev
və “Kənd Yaşıl Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin Şimal regionu üzrə
nümayəndəsi Elşən Məmmədov iştirakçılarla görüşüb. Görüşdə kənd yaşıl turizmi və
onun mahiyyəti, kənd turizminin sosial-iqtisadi, mədəni təsirləri, kənd
turizminin təbliğiatı istiqamətində əsas amillər haqqında fikir mübadiləsi
aparılıb.
İnfoturun növbəti günündə
iştirakçılar Xaçmaz rayonunun Ləcət kənd sakini təsərrüfatçı Amid Xanmetovun təsərrüfatı
ilə tanış olublar. A.Xanmetov meyvələrin becərilmə və istehsal üsulları,
oradakı şərait və imkanlar haqqında ətraflı məlumat verdikdən sonra infotur
iştirakçıları meyvə yığımında iştirak edib və yığdıqları məhsullardan dadaraq,
alış ediblər.
İnfotur zamanı Xaçmaz Turizm İnformasiya Mərkəzində
Xaçmaz rayonunun icra hakimiyyətinin əməkdaşı Araz Rzayev, mərkəzin rəhbəri
Vasif Əhmədov, kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə-kəndli təsərrüfatlarının
nümayəndələri ilə görüş keçirilib. Görüşün təşkil olunmasında məqsəd yerli əhali
ilə infotur iştirakçıları arasında kənd yaşıl turizmi inkişafı istiqamətində əməkdaşlıq
əlaqələrinin qurulması, onların bu fəaliyyət çərçivəsində rastlaşdıqları
problemlər, kənd turizminin inkişafını şərtləndirən əsas amillər, kənd evlərində
turistlərin qəbulu üçün tələb olunan standartların müzakirəsi və təbliğat
işinin artırılması olmuşdur.
İştirakçılar həmçinin
Xaçmaz rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə Xaçmaz rayon Heydər
Əliyev Mərkəzi, açıq səmada altında Şəxsiyyətlər Muzeyi, Tarix Diyarşünaslıq
Muzeyi, Rəsm Qalereyası, Xaçmaz qülləsini ziyarət ediblər.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd
regionlarda müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta
sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini
stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd
yaşıl turizmi potensialının istehlakçılara çatdırılmasını təşviq etməkdir.
Leyla Hüseynli
əlaqə: leylahuseynli@yahoo.com
Hiç yorum yok:
Yorum Gönder