Təbiəti ruhunda hiss et! Kənd turizmi ilə...

        Yaşatmaq üçün ilk növbədə yaşamaq lazımdır, doyunca yaşamaq! Etmək istədiyin nə varsa etmək, zamanımız varkən gəzmək, görmək, bilmək, həyatdan zövq almaq. Təbiətin qoynu bambaşqa bir aləmdir. İnsan təbiətin bir parçasıdır və ona görə də daima təbiətə can atır. Onunla bütünlənmək, onunla var olmaq istəyir. Təbiəti ruhunda hiss etmək istəyir!

    Bəli bu yazdıqlarımı 2 kəlimə ilə anlatmaq istəsəm bunu Kənd Turizmi adlandıraram. Bəli, bəli Kənd Turizmi. Sizcədə Kənd Turizmi yaşıllıqların, təbiətin qoynunda olmaq deyilmi?! Ruhunu təbiətə təslim etmək, hər anından zövq almaq. Bədəninin hər zərrəsində təbiətin varlığını hiss etmək, ruhunu oxşamasına icazə vermək. Bütün problemlərdən uzaqlaşmaq, gülmək, əylənmək, yaşamaq, unutmaq, sevmək deyilmi?! Məncə bu sözlərin hərbiri ayrılıqda və bütövlükdə kənd turizmini işarə edir...
       Kənd turizmi ekoturizmin bir növüdür və onun təməlində kənd həyatı durur. Kənd həyatı öz gözəllikləri ilə cəlbedici eyni zamanda heyranedicidir.  Hərsabah günəşin doğuşunu izləmək, quşların səsini dinləmək, təbiətlə iç içə olmaq qədər dəyərli  hiss yoxdur.  
       Xüsusilə də yay aylarında kənd turizmi bizi və digər turistləri cəlb edir. Hər kəs bir müddət də olsa, şəhərlərin səs-küyündən, istisindən uzaqlaşıb dağların, meşələrin qoynunda, yaxud da kənd evlərində, kiçik mehmanxanalarda dincəlmək istəyir..
Bu yazımda məqsədim Kənd turizminin həm beynimiz, həm ruhumuz və əsasda sağlamlığımız üçün çox faydalı olduğunu qeyd etmək idi. Hərzaman təbiətlə və sağlıqla qalın!
                                                                                                         Leyla Hüseynli 
                                                                                   əlaqə: leylahuseynli@yahoo.com

Hiç yorum yok:

Yorum Gönder

Silikon Vadisi 🍀

                                                                                       Silikon Vadi si       ⧬  Şimali Kaliforniyad...