Speloturizm
û
Turizm fransız sözü olub gəzinti, səfər mənasına
gəlir, fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. Turizmin ən geniş
yayılmış növü ekoturizmdir.
Ekoturizm və ya ekoloji turizm - təbiət
turizminin bir forması kimi ətraf mühitə qayğı ilə bağlı turizm növüdür. Ekoturizm
özü də müxtəlif növlərə ayrılırki, onlardan biridə speloturizmdir.
Speloturizm (mağara turizmi)-
idman turizmin bir növüdür. Bu sahə ilə maraqlanan turistlərdən fiziki
hazırlıq, dözümlük, sağlamlıq, əsas etibarı ilə isə xüsusi hazırlıq tələb
olunur. Speloturizmin məqsədi mağaraların kəşfi və tədqiqidir. Speloturizm
zamanı turistlər müxtəlif gözəlliyə malik olan mağaraları gəzir, tədqiq edir,
öyrənirlər.
ü Dünyanın ən maraqlı 5 mağarası:
1.Puerto-Prinsesa mağarası - Sakit okeanda, Filippin adalarında,
Puerto-Prinsesa şəhərindən 50 km şimalda yerləşir və mağaranın tərkibinə
yeraltı çay daxil olmaqla milli park statusu almışdır. YUNESKO-nun Dünya irsi siyahısındadır. Puerto-Prinsesa Yeraltı Çayı Milli Parkı
8,2 km-lik uzunluğu ilə mağaranın içlərinə doğru uzan və qayıqların gedə
bildiyi yeraltı çay olan Puerto-Prinsesa çayı ilə məşhurdur. Çayın diqqətə çarpan xüsusiyyəti Cənubi Çin dənizinə birbaşa axmazdan əvvəl mağaradan keçməsidir. Mağarada bir çox möhtəşəm quruluş var. Çayın alt hissəsi
isə briz təsiri altındadır. Bu çay dünyanın ən uzun yeraltı çayı olması ilə məşhurdur.
Bu milli park biomüxtəlifliyin
qorunması üçün əhəmiyyətli bir bölgədir. Ərazinin tam bir hissəsi dağ-çay
ekosisteminə daxildir və Asiyadakı ən
əhəmiyyətli meşələrdən
bəzilərinə malikdir.2012-ci ildə aparılan səsvermədən sonra milli parkdakı Puerto-Prinsesa
yeraltı çayı Dünyanın Yeni Yeddi Təbii Möcüzəsindən biri seçilmişdir.
2.Vatnoyokul Mağarası-
İslandiyada eyni adlı buzlağın altında yerləşir. Mağara gün işığında mükkəmməl
görüntü alır. Buzun tərkibində hava olmadığından mavi rəng istisna bütün
rəngləri özünə çəkir. İslandiyada turistik ərazilərdən ən çox diqqət
çəkilənidir
3. İşıldaböcək mağarası-
Yeni Zelandiyada yerləşən mağaraya qayıqla ziyarət etmək mümkündür.
“Araxnokompa luminoza” adlanan bu işıldaböcək növləri yalnız Yeni Zelandiyada
ərazisindədir. Böcəklər mağaradan çıxmayaraq, tərpənmədən ölümünü gözləyirlər.
İşıldaböcəklərin 6 ay ömrü vardır. Tarizi hardasa 30 mln il əvvələ aiddir.
Mağara içində turistlərə şəkil çəkməyə icazə verilmir. 1889 cu ildən bəri
onları milyonlarla insan ziyarətə gəlir.
4. Kristallar mağarası-
1910cu ildə Meksikanın kiçik kəndində mədən işçiləri tərəfindən içində böyük
kristallar olan mağara tapılır. 2008-ci ildə Beynəlxalq kəşfiyyatçı qrupu
dünyanın nadir təbiət möcüzələrindən biri olaraq qəbul edilən Kristal
mağarasını kəşf etməyə çıxmışdır. Mağara içində istilik 45 C, rütubət isə 100%
olduğu üçün təhlükəlidir. Meksikanın Naica Mine bölgəsində, 300 m yüksəklikdə
yerləşir. İçində nəhəng selenit kristalları var. Bunlar indiyə kimi görülmüş ən
böyük kristallardır. Mağaradakı ən böyük kristalın uzunluğu 12 m, eni 4 m, ağırlığı
isə 55 tondur.
5. Phong Nha mağarası-
1991-ci ildə Laos, Vietnam sərhəddində yerləşən Phong Nha-Ke Bang milli
parkında Vietnamlı bir kəndli tərəfindən tapılmışdır. 2009 cu ilədək dünyadan
gizlədilmişdir. Mağaranın 2,5 mln il əvvəl mövcud olduğu deyilir. Aparılan
ölçmələrə görə 200 metr hündürlüyü, 150 metr genişliyində, içinə 40 mərtəbəli
göydələn yerləşəcək qədər böyükdür. Buradakı mağaralar sisteminin 139 km
uzunluğunda olduğu təxmin edilir, ancaq hələki tamamilə kəşf edilməyib.
Hal-hazırda sadəcə 9 km-lik bir hissəsi kəşf edilmişdir. Mağaraya çatmaq üçün
yaxınlıqdaki bir meşədən 10 km (6saat) yerimək lazımdır. Mağarada 200 m
dərinliyində göl mövcuddur. Mağara
içində göl, yağış meşəsi, çimərlik və heyvanlar var.
Mağaraya ziyarət üçün 5-7
günlük turlar təşkil edilir. Hər bir turun qiyməti 3000 dollar əhatə edir və
içində çadır qurmaq mümkündür. Bundan əlavə mağara içində 2,5 km uzunluqlu çay
mövcuddur.
Leyla Hüseynli
əlaqə: leylahuseynli@yahoo.com
Hiç yorum yok:
Yorum Gönder