Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun istirahət yerləri.
Gəncə-Qazax
iqtisadi-coğrafi rayonunda otellər ilə yanaşı turistlərin istirahətini və
vaxtlarını səmərəli keçirmək üçün bir sıra istirahət mərkəzləri də fəaliyyət
göstərir. Gəncə-Qazax iqtisadi-coğrafi rayonu ərazisində
yerləşən restoranlarda müxtəlif çeşidli yeməklər təqdim olunur. Onlar qonaqlar
üçün müxtəlif stollardan və ya otaqlardan ibarət olur. Restoranlar həm də
arxitektur görünüşünə, həm də interyerinə görə fərqlənirlər.
Regionda yerləşən restoranlarda milli mətbəxə
daha çox önəm verilmişdir. Xüsusən hər rayonun özünə məxsus yeməkləri qonaqlara
təqdim edilir. Hər rayonda müxtəlif sayda və adda restoran yerləşir.
P Gədəbəydə ➽ Laçın, Təbriz,
Fərhad, Narzan
P Tovuzda ➽ Abidoğlular, Dastan,
Anar, Uğur, Aysu
P Qazaxda ➽ Palıd, Göyəzən,
Koroğlu, Şahin, Qafqaz, Elit, Nərgiz, Elsevər, Aysel, Qarabağ, Çənlibel
P Ağstafada ➽ Həsənsu, Səda,
Turist, İncəgül, Göyçə, Tural, Karvan, Poylu, Bənövşə, Dəli Kür, Tutbağı
P Göygöldə ➽ Araz, 101,
Titanik, Muraz, Göygöl, Cənnətməkan, Gəncə qalası
P Şəmkirdə ➽ Murov dağ,
Xan Saray, Efes-1
P Samuxda ➽ Min bir gecə,
Qoşqar, Qafqaz, Kür
P Daşkəsəndə ➽ Ağ baba,
Qoşqar, Baxar, Narzan
P Gəncədə ➽ Elnur, Qaya,
Kür, Xəzər, Kəpəz, Gənclik, Göygöl, Zolotoy
P Goranboyda ➽ Bahar
restoranları yerləşir. [Guidebook
Azerbaijan ]
Goranboy rayonu ərazisində “Gülüstan” ərazisində
istirahət turist bazası yaradılması üzrə tədbirlər həyata keçirilir. Tovuz
rayonunda “Azərbaycan” adlı istirahət mərkəzi fəaliyyət göstərir. 1936 da Hacıkənd turist evi və Göygöl turist düşərgəsi
yaradılmışdır. Göygöl turist bazası 1960 cı ildə, Hacıkənd turist bazası
1962-ci ildə yardılmışdır. Naftalan Gəncə turist bürosu 1967 ci ildə
yaradılmışdır. Hal-hazırda Chinar Hotel & SPA Naftalan rahat və komfortlu
beş ulduzlu otel olmaqla yanaşı, həm də texnikanın son nailiyyətləri ilə təchiz
olunmuş müalicəvi sanatoriyadır. Burada Sizə naftalan neftinin köməyi ilə bir
çox xəstəliklərdən xilas olma və ən müasir sağlamlaşdırma üsulları təklif ediləcəkdir.
Hiç yorum yok:
Yorum Gönder