Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda ekoloji turizm.

                     Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda ekoloji turizm.


      Təbiət turizminin bir forması kimi ətraf mühitə qayğı ilə bağlı turizm növüdür. Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda təbii şəraitə, ətraf mühitə və son nəticədə turizmin inkişafına təsir göstərə biləcək torpaq-ekoloji problemlərə qısaca nəzər salsaq görərik ki, torpaq münbitlik xassəsinə malik olmaqla kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi çıxış edir. Torpaqdan istehsal vasitəsi kimi istifadə etməklə, insan onun xassələrinə, rejimlərinə və münbitliyinə, həmçinin torpaqəmələgəlməni müəyyən edən təbii amillərə bilavasitə təsir göstərir və torpaqəmələgəlməni əhəmiyyətli dərəcədə dəyişir. Nəticə etibarı ilə, torpaq təkcə insan əməyinin tətbiq predmeti deyil, eyni zamanda da bu əməyin məhsuluna çevrilir. 
      Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda xüsusilə dağlıq ərazilərində ekoturizmin inkişafına stimul verən amillərdən biri də meşələrdir. Son illər ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin  qorunması və turizmin inkişafı ilə bağlı qəbul olunmuş dövlər proqramları, layihələr və sərəncamlar meşələrin əhəmiyyətini bir daha təsdiqləyir. Buna misal olaraq ölkədə Milli Parkların sayının artırılmasını, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı’’, “2006-2010-cu illərdə Azərbaycan Respublika­sında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbir­lər planı”, “Azərbaycan Respublikasmda biomüxtəlifliyin qorun­ması və davamlı istifadə edilməsi sahəsində Milli Strategiya və fəaliyyət planı” və s. misal göstərmək olar.

      Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda 1 milli park, 3 qoruq, 1 yasaqlıq vardır. Bunlar Göygöl MP sahəsi  12 755 hektardır. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Milli park içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır.

Hiç yorum yok:

Yorum Gönder

Silikon Vadisi 🍀

                                                                                       Silikon Vadi si       ⧬  Şimali Kaliforniyad...