Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun dini inanc yerləri.
Ağstafa rayonu Tatlı kəndində alban məbədi
(ilk orta əsrlər). Kolxələfli, Qarahəsən, Dağ Kəsəmən, Qıraq Kəsəmən
kəndlərində XIX əsrə aid məscidlər. Poylu kəndində türbələr kompleksi (XIX
əsr).
Bundan başqa Qafqaz Albaniyası kilsəsi kimi tikilmiş Keşiş dağ məbədi də Ağstafada yerləşir. Göygöl
rayonu Göygöl
şəhərində Lüteran kilsəsi (1854), Ağ körpü (XII əsr), İki göz körpü (XVI əsr).
Dozular kəndi yaxınlığında körpü (XVI əsr).
Gədəbəy
rayonu, Böyük Qaramurad kəndində 1634 cü
ilə məxsus məbəd Son tunc-ilk dəmir dövrünə aiddir. Göygöl şəhərində 1854-cü
ildə tikilmiş "Lüteran" adlanan alman kilsəsi, keçmiş Sarıqaya kəndində
XVI əsrə aid Türbə, Şəhriyar kəndində 1674-cü ildə tikilmiş Qabriyel kilsəsi,
Çaykənd kəndində tarixi məlum olmayan Anahid məbədi və Müqəddəs Məryəm kilsəsi,
Yeni-Zod kəndindən 300 m məsafədə Alban kilsəsi, 3 km məsafədə Alban məbədi.
Gədəbəy
rayonun Novosaratovka kəndində məbəd (1535), Dikdaş kəndi ərazisində (Bayram
dərəsində) alban kilsəsi və Həmşivəng məbədi, Səbətkeçməz kəndində üç körpü (19 cu əsr)
və s. qalmışdır. Rayonun zəngin tarix-memarlıq
irsinin ən mühüm nümunələrindən biri Mahrasa-Ay məbədidir. Mahrasa məbədi Gədəbədən
8-9 km, onun Söyüdlü kəndindən isə 7-10 km aralıda, Şəmkir çayının sol
sahilində meşəli dağların ətəyində yerləşir. Uzun müddət yaşayış yeri
olduğundan, digər abidələrə nəzərən daha çox dağılmamışdır.
Samux rayonu ərazisində
məscid (Nəbiağalı, Əhmədbəyli kəndlərində), İmamzadə
türbəsi (VIII əsr, hündürlüyü 12 m), Zazalı kəndində
İmamzadə türbəsi (V əsr), Zazalı kəndi yaxınlığında antik dövrə aid məbəd.
Çoban Abdallı kəndində VI - VII əsrlərə aid “Abdal” pir ocağı, “İlanpiri ocağı”
(XVII əsr). Samux
rayonunda “Abdal”
körpüsü (XIX əsr), Qarayeri qəsəbəsində almanlar tərəfindən tikilmiş zirzəmi
(1895). Samux qəsəbəsi yaxınlığında XIII - XV əsrlərə aid “Gil tikintisi”.
Zazalı kəndində XIV - XVI əsrlərə aid kəhrizlər: Kor arxı, Qızıl Hacılı arxı,
Xan arxı, Karxana arxı, Arazbar, Şatır arxı, Xanlıq, Çölək arxı. Samux rayonu ərazisində
müxtəlif tarixi dövlərə aid olan tarixi memarlıq abidələri vardır. Diametri 10-20 m, hündürlüyü 1-1,5 m olan
Nəbiağalı kurqanları daha çox seçilir. Bu kurqanların yaranma tarixi tunc
dövrünün sonuna və daş dövrünün başlanğıcına aid edilir.
Tovuz rayonunun ərazisində
64 tarixi-mədəni, arxeoloji abidə, o cümlədən 18 ölkə (2 memarlıq, 16
arxeoloji), 46 yerli (32 memarlıq, 11 arxeoloji, 1 monumental xatirə abidəsi, 2 dekorativ - tətbiqi sənət nümunəsi)
abidə mühafizə edilir.
Tovuz
rayonu Kirzan kəndində məbəd (XII əsr), Şah Abbas məscidi, Düz Qırıqlı kəndində
Alı Dədə türbəsi (XIX əsr), XIX əsrə aid Hacı Bağır məscidi Yanıqlı
kənd məscidini, Kirzan
məbədini misal göstərmək olar. Poylu kəndində türbələr
kompleksi (XIX əsr). Birinci Şıxlı kəndində 3 türbə (XIX əsr). Salahlı
kəndində məbədlər kompleksi (XIX əsr). Yuxarı Öysüzlü istiqamətində
“Məscid” (XIX əsr), Vahidli kəndi ərazisində
olan “Məscid və türbələr kompleksi”, Yanıxlı kəndində XVII əsrə aid məscid. “Qərib
Seyid” Ziyarətgahı, Qədim tarixə malik olan Əsrik çayının sol sahilində “Alban
kilsəsi V-VII əsrlər”.
Müasir
Tovuz ərazisi Antik Dövrlərdə Qafqaz Albaniyası (Kambisena) ərazisinə daxil
idi. I Şah İsmayıl Səfəvinin (1501-1524) dövründə Tovuz və ona
bitişik ərazilər qızılbaş zülqədər tayfasının qolu olan şəmşəddil tayfasının
irsi mülkiyyətində Qarabağ bəylərbəyliyinə tabe olmuşdur.
Qazax rayonunda dünya,
ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı
memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənət abidəsidir.
Qazax rayonu ərazisində çoxlu sayda qədim məscidlər
var. Qazax rayonu Yuxarı Əskipara kəndindəki məbəd
(V-VIII əsrlər), Şəkərqala məbədi (XV əsr), Qazax şəhərindəki məscid, Qazax
rayonu Poylu kəndində XIX əsr məqbərələr qrupu, rayon ərazisində məbəd
V-VIII əsrlər Yuxarı (Əskipara kəndi) , Alban məbədi VII əsr (Daş Salahlı kəndi
). Qazax ərazisində Qatır Körpüsü, Qızılhacılı
körpüsü, Kazım Körpüsü, Yeraltı yol (XIV əsr), bürc (XVII əsr), Qatır körpüsü,
Qızılhacılı körpüsü. Xramçay üzərində XII əsrə aid Sınıq körpü (Qırmızı
körpü), Qıraq Kəsəmən kəndində dairəvi bürc (XVII əsr). Rayonda Sınıq körpü XII əsr
, Damcılı mağara düşərgəsi Paleolit dövrü (Daşsalahlı kəndi) , Baba Dərviş
yaşayış yeri (3 abidə) Tunc dövrü, (Dəmirçilər kəndi), Məbəd V-VIII əsrlər Yuxarı (Əskipara kəndi) ,
Didivan qülləsi VI-VII əsrlər Xanlıqlar kəndi, Alban məbədi VII əsr (Daş
Salahlı kəndi ), Qıraq Kəsəmənli kəndindəki dairəvi
qüllə (XVIII əsr), Qazax rayonu Poylu kəndində XIX əsr məqbərələr qrupu, Qatır
körpüsü, Qızılhacılı körpüsü, Kazım körpüsü (hamısı XV əsrə aiddir), Qırmızı
və Sınıq körpü (XII əsr). Qeyd olunan abidələrin əksəriyyəti ölkə əhəmiyyətli
olsa da, onların yerli və xarici turizm marşrutlarında istifadə olunması
turizmin inkişafında əhəmiyyətli rol oynaya bilər.
Şəmkir rayonu ərazisində IX-XI əsrlərə
aid Şəmkir şəhər xarabalıqları, IX-XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası
(Muxtariyyə kəndi), XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları (Bayramlı kəndi),
XI-XII əsrlərə aid Qız qalası (Seyfəli kəndi), XVI-XVII əsrlərə aid məscid
(Abbaslı kəndi), XI əsrə aid Qız qalası (Tatarlı kəndi), XVI-XVII əsrlərə aid
körpü (Təhnəli kəndi), XVII əsrə aid Divan bürcü (Yeni həyat kəndi), XVI-XVII əsrlərə
aid Koroğlu qalası (Şəmkir şəhəri), dəmir dövrünə aid Qalaboynu qalacası (Atabəy
kəndi), erkən orta əsrlərə aid Pir (Alman abidəsi) (Dağ-Daşbulaq), 1909-cu ildə
tikilmiş Alman kilsəsi (Şəmkir şəhəri), XI-XII əsrlərə aid oğuz qəbiristanlığı
(Yeni Seyfəli kəndi), XVI-XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində)
mövcuddur.
Gəncə şəhəri. Müasir Gəncənin 7 km Şimalında yerləşən “Nizami məqbərəsi” Dünya ədəbiyyatının
korifeylərindən biri olan, Azərbaycan xalqının dahi şairi və mütəfəkkiri Nizami
Gəncəvinin məqbərəsi indiki Gəncə şəhərinin 7 km şərqində “Şıx düzü” deyilən
yerdə inşa edilmişdir. Şeyx Nizaminin məzarı əsrlər boyu təkcə yerli əhalinin deyil,
həm də Gəncəyə yolu düşən insanların müqəddəs bildiyi yer olmuşdur. Lakin
bunlara baxmayaraq son dövrlərə qədər ulu Nizaminin qəbrinin üstündə tarixi
keçmişdən xəbər verən, memarlıq quruluşunda tikilmiş, xarici görkəmi, səliqəli
olan abidə olmamışdır.
Gəncə şəhərinin ölkə və yerli əhəmiyyətli tarixi və memarlıq abidələri əsasən
şəhərin Nizami rayonu ərazisində yerləşir. Bunlardan ölkə əhəmiyyətli tarix və
mədəniyyət abidələri aşağıdakılardır: Şah Abbas karvansarayı (XVII əsr); Uğurlu
xan karvansarayı (XVIII əsr); Çökək hamam (XVII əsr); Cümə məscidi (XVII əsr);
Cümə məscidinin minarələri (XIX əsr); Gəncə qalasının divar qalığı (XVI əsr);
Cavad xanın dəftərxanası (XVIII əsr); Albanlar məbədi (XVII əsr); Zərrabi məscidi
(XVIII əsr); Xan bağı (XIX əsr); Köhnə Gəncə Orta əsrlər şəhər yaxınlığında,
Uğurlu Xan karvansarayı XVIII əsr Zərrabi küçəsi, Gəncə qalası və qala
divarları XV-XVI əsrlər Gəncə çayının sağ sahili , Qala bürcü XV-XVI əsrlər Qədim
Gəncə xarabalığı , Şah Abbas Karvansarayı XVII əsr Ə.Hüseynzadə küçəsi, Cümə məscidi
1606-cı il Mərkəz, Xətai prospekti , İmamzadə kompleksi XVII-XIX əsrlər Köhnə Gəncə,
Qala divarlarının qalıqları XI-XII əsrlər Köhnə Gəncə. Gəncə şəhərində “İmamzadə türbəsi”,
“Comərdi Qəssab” türbəsi yer alır. “İmamzadə” türbəsini yerli əhali “Pir”, “Göy İmam”, “Göy gümbəz”
deyə adlandırır. 6-7 metr hündürlüyündə olan bu türbə 4 bucaqlı şəkildədir.
Türbə xaricdən rəngli naxışlarla bəzənmişdir. Onun diqqəti cəlb edən gümbəz
hissəsi vardır. Gövdənin hündürlüyü 2,5 metr, xarici və daxili diametri 4 metrə
yaxındır. Türbənin xarici hissəsinin mərkəzi yerində ərəb dilində yazılmış
kitabə vardır. Bu kitabədən məlum olur ki, İmamzadə türbəsi VIII əsrdə inşa
edilmişdir.
“Cömərdi qəssab” - Bütpərəstliyə qarşı mübariz, İslam dinini Azərbaycanda
ilk qəbul edənlərdən biri, mərd, xeyirxah, əliaçıqlığı ilə şəhər sakinlərinin
böyük hörmətini qazanan bu insan 664-cü ildə şəhərin müdafiəsi zamanı qəhrəmancasına
həlak olmuş, bu insanın məzarı üzərində şəhər əhalisi tərəfindən türbə
ucaldılmışdır. Dairəvi formada tikilmiş bu abidə bişmiş kərpiclə hörülmüşdür.
Divarın qalınlığı 80 sm olmuşdur. Əfsuslar olsun ki, sovetlər dövründə abidə
heç bir lüzum olmadığı halda tamamilə sökülmüş və abidənin yerindən istilik xətti
çəkilmişdir. Son illər şəhərdə aparılan quruculuq işləri çərçivəsində şəhərin
başqa tarixi abidələri ilə bərabər “Comərdi-qəssab” məbədi öz tarixi təməli üzərində
tamamilə yenidən bərpa edilmiş və sakinlərin ziyarət yerinə çevrilmişdir.
“Alban-məbədi” - XVII əsrin tarixi abidəsidir, 7 sütundan ibarətdir, dam
örtüyü daşdandır və üstündə 8 guşəli baxış qülləsi yerləşir.
Hiç yorum yok:
Yorum Gönder