Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun mineral bulaqları 💦
Bölgənin başlıca
mineral su mənbələri Qazax rayonunda olan mineral sular əsasən Salahlı bölgəsində
cəmlənmişdir. Rayonda debiti yüksək olan
mineral sulara Salahlı 10,8 min l/gün, Aşağı Salahlı - 21,6 min l/gün, Əskipara
- 5,4 min l/gün, Əzizbəyli - 2,7 min l/gün, Tovuz rayonunda Şamlıq - 2,7 min
l/gün, Kazımlı - 10,8 min l/gün, Kəndalar - 43 min l/gün, Turşsu-24,5 min l\gün, Şınıx - 8064 min
l/gün, Gədəbəydə Qızılca - 86,4 min l/gün, Slavyanka - 21,6 min l/gün, Qalakənd
- 108 min l/gün, Şınıx-Mormor-8,064 mln l\gün,Çayqarışığı - 216 min l/gün, Şəmkir - 43,2 min l/gün, Daşkəsəndə
Yuxarı Daşkəsən - 4,3 min l/gün, Aşağı Daşkəsən - 5,4 min l/gün, Alaxançallı -
108 min l/gün, Qabıqtala - 4,3 min l/gün və s. aiddir. Slavyanka mineral bulağı
əsasında süfrə suyu istehsal olunur. Bölgədə mineral sular əsasən Gədəbəy,
Göy-Göl, Tovuz, Qazax rayonlarında daha çox rast gəlinir.
Goranboy
rayonunda müalicəvi əhəmiyyətli mineral sular Buzluq, Yuxarı Ağcakənd,
Çaybulaq, Sərdarbulaq, Kəpəz və Murovdağın ətəyində olan suları qeyd etmək
olar.
Göygöl rayonunun mineral suları Hacıkənd,
Çaykənd, Toğanda yaşayış məntəqələrində yerləşir. Rayon ərazisində çox sayda bulaq var. Bunlardan
Yeddi bulaq (çay kənarında), Göy dağ bulağı, Novruz bulağı, Qızxanım bulağı, Dərzi
Qaya bulağı, Xatın bulağı, Çınqıl dağının bulağı və başqalarını göstərə bilərik.
Turizm üçün maraqlı olan bulaqlardan turş sulu bulaqları da göstərmək olar. Bu
bulaqlar Murovdağ istiqamətində və Göygöl gölü ərazisində yerləşir. Göygöl ərazisi
qərbdə Daşkəsən rayonu ilə, Cənubdan və şərqdən
Murovdağla, şimalda Göygöl-Çaylı nəqliyyat yolu ilə sərhəddədir sahəsi 500 km2,
relyefi orta dağlıq zonasına aiddir. Dərələri, təpələri, zirvələri, qayalı
yamacları, ekzotik görünüşü vardır.
Damcılı bulağı tarixi təbiət abidəsi
olmaqla yanaşı, istirahət üçün ən gözəl məkandır. İnsanların mənalı istirahət
etmələri üçün burada hər cür əlverişli şərait yaradılmışdır.
Gədəbəy ərazisində Keçi-Keçi,
Cüyür, Ayı, Cərgə bulaqları, eləcə də Narzan, Qızılca, Mormor, Çaldaş mineral
su bulaqları yerləşir. Hacıkənd Gəncə şəhərindən
17 km aralı 1000 m hündürlükdə yerləşir. Bu yerin iqlimi mülayim isti, rütubətli,
qışı nisbətən istidir. Hacıkənd yaxınlığında karbonturşulu bulaq və böyük sayda
içməli su çeşmələri mövcuddur.
Bu zonada nadir təbii müalicə amili kimi
tanınan Naftalan nefti mədənləri, Naftalan kəndi ərazisində yerləşir.
Naftalan neftinin müalicəvi xususiyyətləri hamıya məlumdur. Goranboy rayonunun
mərkəzi Goranboy şəhərinin yaxınlığında yerləşən kiçik Naftalan şəhərinin əhalisinin
sayı 6500 nəfərdir. Bu kurort şəhərindəki sanatoriya və pansionatlara gələn xəstələr
Naftalan nefti və onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar.
Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin
qaraciyər, oynaqların və oynaq ətrafındakı yumşaq toxumaların, dayaq-hərəkət
aparatının müalicəsi üçün çox səmərəli vasitədir. Naftalan şəhəri eyniadlı
kiçik kəndin yerində salınmışdır. Bu adın əsasını təşkil edən "nafta"
sözü isə Azərbaycan ərazisindəki qədim dövlət qurumlarından biri olmuş Midiya
dilində "axan, süzülən" deməkdir.
Bu turizm mərkəzinin formalaşması 60-cı illərə
təsadüf edir. 1960-cı ildə müalicəvi neft əsasında fəaliyyət göstərən və
ümumdünya şöhrəti qazanmış Naftalan sanatoriyası yaradılmışdır. Qısa müddətdə
o, 2000 yerə qədər genişləndirildi. Minlərlə kilometr uzaqdan bura xəstələr gəlib, şəfa tapıblar. Naftalan kurortu ildə
60 min nəfər insan qəbul etmək qabiliyyətinə malikdir. Bu kurort şəhərində
"Mil", "Muğan", “Qarabağ”, “Şirvan” və “Çinar” sanatoriyaları
və turistlər üçün mehmanxana fəaliyyət göstərir. Son zamanlar inşa edilmiş
“Naftalan” sanatoriyası isə müasir
şəraitli otaqlarla, müalicə şöbəsi ilə təchiz edilmişdir və xarici və yerli
qonaqların ixtiyarına verilmişdir.
Daşkəsən rayonu ərazisində də müalicəvi əhəmiyyətli bulaqlar geniş
yayılmışdır. Yumurtalı bulaq (Qabaqtəpə kəndi), Narzan bulağı (Yuxarı Daşkəsən
qəsəbəsi), Turşsu bulağı (Alaxançallı kəndi), Qiblə bulağı (Qabaqtəpə kəndi),
Qayğı bulağı (Qabaqtəpə kəndi), Böyrək bulağı (Alunitdağ qəsəbəsi), İdris
bulağı (Əmirvar kəndi), Seyid bulağı (Xoşbulaq kəndi) bunlara bariz nümunədir.
Hiç yorum yok:
Yorum Gönder