Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun geoloji təbiət abidələri.

Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun geoloji təbiət abidələri.
Ağstafa rayonunda yerləşən, Ağstafa şəhərindən 11 km məsafədə, Poylu qəsəbəsi yaxınlığında, Qarayazı düzündə “Yanar Su” nadir təbiət abi­dəsi (suyu sərin və içməli olan bu bu­laq bütün fəsillərdə sönmədən yanır). Təkrarolunmaz relyefə, təbiətə malik və çoxsaylı arxeoloji abi­dələrlə zəngin olan Keşikçidağ mağaralar kompleksi Ağstafa rayonunun ən maraqlı abidələrindən biridir.
       Daşkəsən rayonunda Muşavaq kəndində “Çaxmaq zağası”, “Böyük zağa” və “Maral zağası” mağaraları. Çanaqçı kəndində mağara (“Zağa”). Əmirvar kəndində “Qarainək zağası” mağarası.
      Rayonun maraqlı landşafta malik ekoturizm əraziləri: Zivlən kəndi, Göy-göl yaylağı, Comadaşı yaylağı, Uzungüney yaylağı, Qoca dərəsi yaylağı, Alaxançallı kəndi, Zincirli yaylağı, Turşsu seyrəngahı, Dəli Alının yurdu yaylağı, Qoşqarçay yaylağı, Xoşbulaq yaylağı, Qabaq-təpə və Astaf kəndləri ətrafı aiddir.
      “Qoşqarçay” təbiət abidəsi Daşkəsən rayonu ərazisində, Qoşqarçayın sol sahi­lində, Kiçik Qafqazın şimal his­səsində yerləşir. Bu paleontoloji abidə Azərbaycan Respublikasının ən qədim paleofloristik abidəsi ol­duğundan ona mühafizə işarəsinin qoyulması, daha qiymətli açılışların çəpərlənməsi və bu ərazidə yol-inşaat işlərinin qadağan edilməsi zəruridir.
     Gədəbəy ərazisinin isə ən gözəl geoloji təbiət abidələri mənzərəli landşaftlara malik olan Axıncaçay, Şəmkirçay, Zəyəmçay dərələridir. Digər mənzərəli ərazi İnəkboğançay boyunca uzanan Keçidərəsidir.
      Göygöl ərazisinin ən gözəl geoloji təbiət abidələri bu­ranın dağ gölləridir. Göygöl Azər­baycanın ən böyük və ən gözəl dağ gölüdür. Gölün sahil xəttinin uzunlu­ğu 6460 m, sahəsi 79 ha-dır. Maral­göl Ağsu dərəsinin yuxarı hissəsində, 1902 m yüksəklikdə yerləşir. O da Göygöl kimi dağların əhatəsindədir. Bura təkrarolunmaz peyzaja malikdir: yamac meşəliyini subalp çəmənlikləri əvəz edir. Gölün sahəsi 23 ha, mak­simal dərinlik 61 m-dir. Gölün uzun­luğu 840 m, eni 583 m-dir. Ərazinin digər mənzərəli gölləri Zəligöl, Qaragöl, Şamlıqgöldür.  Çempion ağacları. Ərazinin me­şələrində onlarla yaşı 150 - 350 il olan palıd, fıstıq və vələs ağacları vardır.
      Geoloji abidələrə mağaralar da daxildir. Damcılı mağarası; düşərgə olub,  Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın cənub-şərqində, nəhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir, sahəsi 360 m 2, yarımdairəvi şəkildə, qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır.
      Daşsalahlı mağarası; Qazax rayonunun Daş Salahlı kəndindən Qərbdə vulkanik qayalıqdadır. Hündürlüyü 35 metr, uzunluğu 17 metr, eni 10 metr, sahəsi 170 kv. metrdir. Arxeoloji qazıntılar zamanı Daş Salahlı mağarasında iki mədəni təbəqə üzə çıxarılmışdır. I təbəqədən arxeoloji material tapılmamışdır. II təbəqədən  Paleolit dövrünə aid materiallar tapılıb. Mağaranın girəcəyində diametri 2 metr olan böyük ocaq yeri aşkarlanıb. Ocaq külü arasından daş məmulatı və heyvan sümükləri tapılıb.

       Şiş Quzey; paleolit dövrünə aid olan Tovuz şəhərindən qərbdə yerləşən mağara. Mağara 1965-ci ildə М.М.Mansurovun rəhbərliyi ilə təşkil edilən arxioloji ekspedisiya zamanı(1962-1965) aşkarlanmışdır. Tapıntılar Aşel mədəniyyəti dövrünə aid edilir. Tapıntılar sahəsi 60×20 m ərazini əhatə edir. Ümumilikdə isə burada 1075 tapıntı aşkarlanmışdır ki, onlarında 146 ədədi əmək alətləri idi.

Hiç yorum yok:

Yorum Gönder

Silikon Vadisi 🍀

                                                                                       Silikon Vadi si       ⧬  Şimali Kaliforniyad...