Gəncə-Qazax iqtisadi-coğrafi rayonu mehmanxanaları
Gəncədə Kəpəz, Gəncə, Luks, Qızılgül, Planet, Emon otel,
El otel, Ramada plaza, Karvansaray, My way mehmanxanaları fəaliyyət göstərir.
Goranboyda Goranboy otel, Naftalanda Naftalan sanatoriya mərkəzi, Çinar
sanatoriya həm istirahət yeri həmdə yerləşmə müəssisəsi kimi fəaliyyət
göstərir. Göygöl rayonunda Koroğlu, Cənnət məkan, Qoşqar, Kəpəz, Helenendorf və Göygöl otelləri,
Daşkəsən şəhəri mərkəzində otel, Gədəbəy rayonu mərkəzində otel, Göyçə, Narzan,
Şirxan, Bala Narzan, Vahid, Qoşabulaq, Novosaratovka, Eldorado otelləri
yerləşir. Qazax rayonunda isə 2 otel biri Qazax-Tbilisi yolu üzərində yerləşir,
digəri isə Qazax şəhərinin mərkəzində yerləşən qonaq evidir.
Gəncə otel 1959 cu ildə fəaliyyətə
başlamışdır. Gəncə oteli Gəncə şəhər hava limanından 20 dəqiqəlik məsafədə, Gəncə
şəhər Dəmir yolu vağzalından 15 dəqiqəlik məsafədə, Heydər Əliyev prospektində
yerləşir.
Otel Gəncə şəhərinin məşhur Xan bağının yaxınlığındadır. 3 ulduzlu
otel olub dörd mərtəbə, 80 nömrədən ibarətdir. Bunlardan
ikisi apartment, 10 “Deluxe” (luks) dərəcəlidir. Hər
bir nömrədə kondisioner, soyuducu,
peyk televiziya ötürücüsü, vanna otağı, fen, mini-bar, internet
və beynəlxalq rəbitə sistemləri vardır.
Emon oteli 2008 ci
ildə fəaliyyətə başlamışdır. Otel Şah İsmayıl Xətai prospekti
ilə Fikrət Əmirov küşəsinin kəsişməsində yerləşir.
İnfrastrukturu,
4 ulduzlu, ürəkaçan üslubda inşa edilmiş,4 mərtəbəli,
36 nömrəlidir. Bunlardan 3 “Deluxe" (lüks), 2 "King suite"
(kral lüks) dərəcəlidir. Uşaqla qalan ailələr üçün xüsusi 3
çarpayılı otaqlar vardır. Hər bir nömrədə fərdi
kondisioner, soyuducu, peyk televiziya ötürücüsü, vanna otağı, mini-bar,
internet və beynəlxalq rabitə sistemləri yerləşir.
Ramada plaza 2010 cu ildə fəaliyyətə başlamış otel Gəncə
şəhəri, Nizami küçəsi 237 ünvanında Gəncə
şəhərinin müasir ticarət və əyləncə mərkəzlərinin göbəyində, beynəlxalq hava
limanından 10 km məsafədə yerləşir.
Otel infrastrukturuna
gəldikdə isə Gəncə şəhərinin qərb girəcəyində yerləşən, Gəncə-Qazax magistral
yolunun üstündə, aeroporta yaxın yüksək səviyyəli, gözəl görünüşlü 5 ulduzlu
oteldir. Otelin həyətində 2 mərtəbəli
kotteclər də qonaqların ixtiyarına verilmişdir. Bu kotteclərdə ailəvi və ev heyvanları
ilə birgə qalmaq mümkündür. Uşaqların əylənməsi, istirahət etməsi üçün də hər
bir imkan vardır.
El
hotel 2007 ci ildə fəaliyyətə başlamışdır. Otel Gəncə
şəhəri, Ü. Hacıbəyov küçəsi, 126 ünvanında yerləşir. Otel infrastrukturu; Gəncə şəhərinin şərq
tərəfində yerləşən, Gəncə-Samux magistral yolunun üstündə, şəhərin mərkəzinə
yaxın, müasir, idman-sağlamlıq mərkəzi və istirahət bağı olan oteldir. Otelin
1, 2, 3 nəfərlik otaq və 4 nəfərlik villa binası qonaqların ixtiyarına
verilmişdir. Bu nömrələr 1, 2 otaqlı, villa isə 3 otaqlıdır və hər biri tam
təchiz olunmuşdur. Uşaqların əylənməsi, istirahət etməsi üçün həyətdə müxtəlif
nağıl qəhrəmanlarının heykəl və
maketləri ilə yanaşı, başqa digər imkanlar da yaradılmışdır.
Karvansaray otel 1995 ci ildə fəaliyyətə
başlamışdır. Otel Gəncə şəhəri,
Yevlax şossesi, 1-ci kilometrliyində yerləşir.
Otelin infrastrukturu, 4 ulduzlu hotel Gəncə darvazalarının astanasında
yerləşir. Buradan şəhərin mərkəzinə 2 km, dəmiryol vağzalına 5 km, təyyarə
limanına 17 km, göllərinin şahı "Göygöl"ə 25 km-dir. Otel 3 mərtəbəli
25 otaqlıdır. 23 lyüks nömrə, adi nömrələr yüksək zövq və dizaynla qurulmuşdur.
Oteldə lift, fəsilə uyğun mərkəzləşmiş istilik və soyutma sistemi mövcuddur. İnfrastrukturu, qeydiyyat dayağı olan vestibül, seyf,
biznes mərkəzi, konfransların keçirilməsi üçün şərait, restoran, telefon,
beynəlxalq telefon xətti, internetə çıxış, açıq və qapalı hovuz, avtomobil
dayanacağı var. Qonaqlar üçün səhər yeməyi , sauna, infra qırmızı lampalı kabinə, açıq
və qapalı hovuz xidməti ödənişsizdir. 70
nəfərlik restoran milli və Avropa yeməkləri ilə qonaqların zövqünü oxşayır.
Otelimizin həyətində yay mövsümünə uyğun
yaşıl örtüklü istirahət guşəsi vardır .
Bundan başqa Gəncə şəhərində “Planet”,
“Kəpəz”, “Lyuks”, “Vətən”, “QızılGül” otel, mehmanxana və qonaq evləri də
fəaliyyət göstərir. Evlərdə yerləşdirmə xidməti ilə məşğul olan kiçik
müəssisələr və firmalarında xirmətindən yararlanmaq mümkündür. [M.Abadov “Azərbaycan turizmi və onun inkişaf
problemləri”, səh 218]
Gədəbəy rayonunda yerləşən Eldarado oteli
dağ turizm mərkəzi Kiçik Qafqaz dağlarının ətəyində, dəniz səviyyəsindən
1500 metr yüksəklikdə yerləşir.
Gədəbəydə qədim tarixə malik Qız Qalası və
Koroğlu qalası, minillər öncə kommunikasiya vasitəsi kimi istifadə olunan
qalaçalar, Azərbaycanda tikilmiş ilk dəmir yolu, Siemens və Nobel
qardaşlarından yadigar mis, qızıl mədənləri və alman memarlıq ənənələri ilə
tikilmiş körpülər, kilsələr mövcuddur.
Naftalan şəhərində Çinar sanatoriyası hələ SSRİ
dövründə şöhrət qazanmışdır. Hal-hazırda bura müasir otel kompleksidir. Chinar
Hotel & SPA Naftalan Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə şəhərinin
yaxınlığında yerləşir. Təmiz havaya və ideal ekologiyaya sahib olan bu gözəl
yer şam ağacları parkı ilə əhatə olunub. Burada bütün ailə ilə birgə çox gözəl
istirahət etməklə yanaşı, həm də sağlamlığı qaydaya salmaq mümkündür.
1-ci korpus əsas korpusdur. Burada mərkəzin müdiriyyəti, müalicə şöbəsi, poliklinika, restoran və eyni zamanda qonaqların qaldığı otaqlar yerləşir.
2-ci korpus (yaxşılaşdırılmış) 1-ci korpusun yaxınlığında yerləşir. Korpusun özü və burada yerləşən otaqlar daha da geniş, rahat və komfortludur.
3-cü və 4-cü korpus (VİP) 24 otaqdan ibarət olan və ayrıca yerləşən yüksək komfortlu kompleksdir.
“Qaşaltı”
( “Naftalan hotel by Rixos” ) sanatoriyası öz qonaqlarına
yüksək səviyyəli xidmət və Avropa servisi ilə yanaşı, həm də unikalnaftalan nefti ilə müalicə
üzrə geniş proqram təklif edir. Kompleks Naftalanın son dərəcə
gözəl təbiətinin tam ürəyində, xüsusi Naftalan sanatoriya
zonasında yerləşir. Sanatoriya öz mövcudluğuna görə Azərbaycanda turizm və sanatoriya fəaliyyətinin inkişafı
üzrə Dövlət proqramına borcludur.
Sanatoriyada qonaqlar üçün rahat standart otaqlar və bir neçə lyuks
apartamentlər vardır. Otel qonaqların keyfiyyətli müalicəsi ilə yanaşı,
həm də maraqlı istirahəti təmin edir. Sanatoriyanın əyləncə korpusunda
müasir 3D kinoteatr, bilyard və boulinq zalı və hətta müxtəlif oyun avtomatları
zalı belə vardır. Ərazidə ən müasir trenajorlarla, həmçinin dayaq hərəkət
aparatının normal fəaliyyətinin bərpası üçün tibbi avadanlıqla təchiz olunmuş
fitnes və idman zalı fəaliyyət göstərir. Sanatoriyada mini futbol, basketbol və
voleybol meydançaları da vardır. 5 nəfərdən artıq qruplar üçün həm standart
kateqoriyalı rahat kotteclər,həm də lyuks kotteclər təklif edə bilərik. Təklif
olunan hər bir yerləşmə variantında mini bar, kabel televiziyası, beynəlxalq
telefon şəbəkəsi, internet, kondisioner vardır. Bütün otaqlar 5 ulduzlu
otellerdə yerləşdirilmə üzrə mövcud olan beynəlxalq tələblərə cavab
verir. 6 yaşından kiçik olan uşaqlara icazə verilmir.
Naftalan sanatoriyası 4 korpusdan ibarətdir
və eyni vaxtda 200 nəfərə qədər qonaq qəbul edə bilər. Mərkəzin üç korpusunda
adi 1 otaqlı nömrələr və habelə lyuks nkateqoriyalı 3-4 nəfərlik 2 otaqlı nömrələr
də vardır.
"Ayan Palace" Respublikamızın Tovuz rayonunda yerləşən otel. İnşasına 2008-ci ilin martında
başlanılan otel Tovuz rayonunda ən böyük turizm layihəsidir.
“Ayan Palace” zirzəmi
qatından, beş mərtəbədən və mansarddan ibarətdir. Otelin ərazisində kompleks
abadlaşdırma işləri aparılmış, müxtəlif dekorativ ağac və kollar əkilmiş,
yaşıllıq zolaqları salınmışdır.
“Ayan Palace”
otelində 65 nömrə vardır. Nömrələr otelin 1-5-ci mərtəbələrində yerləşir və ən
yüksək standartlara cavab verir. Prezident nömrəsi isə üçüncü mərtəbədə yerləşir.
Gədəbəydə mərkəzində yerləşən Göyçə, Narzan, Şirxan, Bala Narzan, Vahid,
Qoşabulaq, Novosaratovka istirahət mərkəzlərində gecələmək mümkündür.
Leyla Hüseynli
əlaqə: leylahuseynli@yahoo.com
Leyla Hüseynli
əlaqə: leylahuseynli@yahoo.com
Hiç yorum yok:
Yorum Gönder