Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda kənd turizmi.

             Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda kənd turizmi. 


Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair “Dövlət Proqramı” təsdiq edildikdən sonra turizmin ölkə iqtisadiyyatının qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevrilməsi üçün əlverişli şərait yaradır. Dövlət Proqramında kənd turizminin  (yaşıl turizm) inkişaf edilməsi və perspektivlərinin müəyyən edilməsi də ön plana çəkilmiş, yeni obyektlərin bu sahəyə cəlb edilməsinin sürətləndirilməsi yolları göstərilmişdir.
      Gəncə-Qazax bölgəsində kənd turizmi üçün əlverişli olan yaşayış məntəqələri əsasən dağlıq və dağətəyi bölgələrdə cəmlənib. Kənd turizmi üçün əlverişli olan bölgələrə Göygöl, Daşkəsən, Gədəbəy, Goranboy rayonlarını qeyd etmək olar. Bununda səbəbi həmin bölgələrdə landşaft ekzotikliyi ilə seçilən təbii zənginliklərin olması və yaşayış məntəqələrinin özünəməxsus adət-ənənələrinin olmasıdır. Kənd yaşıl turizminin inkişaf et­diyi bölgələrdə əhalinin əsas üstünlük verdikləri təbii zənginlik­lərə daha çox meşə landşaftının, çayların olması, həmçinin daxili turizm bazarında ondan istifadə imkanları ilə bağlıdır.
       Bölgələrdə təklif olunan kənd turizm xidmətlərinə daxil olan əsas komponentlərdə əsasən təbiətlə bağlı olur. Buna görə də təklif olunan kənd turizm xidmətlərinin cəmi az olmaqla daxili turizmə istiqamətlənmiş olur. Daxili turizm bazarında kənd turizm seqmentinin formalaşmasıda qeyd olunan xidmətlərlə birbaşa bağlıdır. Regionun dağlıq və dağ ətəyi bölgələrdə mövcud olan kənd yaşayış məntəqələrinin əhalinin daxili turizm tələbatında kənd turizmdə mövcud xidmətlərin cəmi deyil həmin ərazinin ekoloji imkanları maraqlıdır. Qeyd olunanları nəzərə alaraq kənd turizm üçün seçilən yaşayış məntəqələrin xüsusiyyətlərində nəzərə alınan amilləri və istehlakçıların qiymətləndirilməsi səviyyəsinə daxil edilir:
S Təbii ekzotik landşaftın olması;
S Yay aylarının sərin keçməsi;
S Sututar və ya çayların olması;
S Qısa müddətli ekskursiyaların keçirilməsi imkanları;
S Ekoloji turların təşkili imkanları.
       Bu amillər kənd turizmini seçən turistlərin əsas maraq dairəsinə daxil olan təbii xüsusiyyətlərə aid edilir. Bölgənin kənd turizmi ilə əlaqəli təklif etdiyi xidmətlərin əksəriyyəti təbiətlə bağ­lı olmaqla yanaşı daha çox daxili turizm bazarına istiqamətlənmiş olur. Bu baxımdan Gəncə-Qazax bölgəsində kənd turizminin inkişafına təkan verən amilləri aşağıdakı kimi  qruplaşdırmaq mümkündür:  
S Ekoloji turizm baxımından əlverişli olması;
S Bölgədə olan turizm və istirahət mərkəzlərinin əksəriyyəti­nin dağlıq və dağ ətəyi bölgələrdə cəmlənməsi;
S İstirahət mərkəzlərinin təşkil etdiyi xidmətlərdən kənd turizmdə istifadə olunması imkanlarının mövcudluğu;
S İstirahət mərkəzlərinin yaxınlığında yerləşən yaşayış mən­təqələrinin turizm-rekreasiya zonalarına aid edilməsi həmin yaşayış məntəqəsinin reklamında əhəmiyyətli rol oynayır.
      Göygöl rayonu. Rayonda kənd turizminin inkişafı üçün əlverişli olan yaşayış məntəqələrinə Hacıkənd, Çaykənd, Aşağı Zurnabad, Toğanalı, Zurnabad və 10-a yaxın kən­di qeyd etmək olar. Qeyd olunan yaşayış məntəqələrində kənd turizmin inkişafına təkan verən zəngin ekzotik landşaft və milli irs nümunələri mövcuddur. Bu yaşayış məntəqələrinə kənd turizm məqsədi ilə gələn turistlərin sayı qeyri rəsmi məlumata görə yay turizm mövsümündə Hacıkəndə 2000, Çaykəndə 1200 nəfərə qədər, digər yaşayış məntəqələrinə isə birlikdə 1000-1500 nəfər turist müraciət edir. Qeyd olunan kənd yaşayış məntəqələrində evlərin kirayə qiyməti bir gün üçün 15-25 manat arasında dəyişir ki, bu da bölgədə mövcud olan istirahət obyektlərinin qiymətindən 2 dəfə aşağıdır.
       Gədəbəy rayonu. Bölgədə ən çox turist cəlb edən ərazilərdən sayılır. Zəngin təbii ekzotik landşafta, tarixi-memarlıq abidə­lərinə malikdir. Bölgədə kənd turizminin inkişafı üçün 15-dən çox yaşayış məntəqəsi olsa da, bunlardan yalnız Slavyanka, Novosaratovka, Qalakənd  yaşayış məntəqələrində kənd turizmində istifadə olunur. Bununla yanaşı Gədəbəy şəhəri mərkəzinə gələn turistlərin əksəriyyəti yaşayış fondlarından istifadə edirlər. Gədəbəy rayonunda kənd turizm potensialı çox olsa da, bölgədə infrastrukturun zəif inkişafı, tələbat rayonundan uzaqda yerləşməsi ondan səmərəli istifadəyə imkan vermir.
      Daşkəsən rayonu. Daşkəsəndə ekoloji, istirahət və kənd turizm növləri inkişaf etmişdir. Turizm infrasturkturu zəif inkişaf etmişdir ki, buna da misal olaraq qeyd edək ki, yerləşmə müəssisələrində yerlərin sayı 216-a çatır. Bölgədə kənd turizminin inkişafı üçün ekzotik landşaftı ilə seçilən yaşayış məntəqələrinin sayı 10-a yaxın olsa da, bunlardan yalnız Xoşbulaq, Təzəkənd və Astaf kəndlərində turistlərə evlərin kirayəyə verilməsinə rast gəlinir. Rayonda sosial infrastrukturun bərpası, xüsusilə dağ kəndlərinə gedən yolların bərpası kənd turizminin inkişafına təkan verə bilər.

      Ümumilikdə Gəncə-Qazax bölgəsində kənd turizminin inki­şafı üçün əlverişli şəraitin olması, alternativ turizm növü kimi re­gionun iqtisadi inkişafında mühüm rol oynaya bilər. Bu baxımdan regionun kənd turizminin inkişafı üçün önündəki fürsət və im­kanları qiymətləndirmək üçün SWOT təhlilin aparılmasın məqsə­dəuyğun hesab edirik. 

Hiç yorum yok:

Yorum Gönder

Silikon Vadisi 🍀

                                                                                       Silikon Vadi si       ⧬  Şimali Kaliforniyad...