Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda xalçaçılıq.

      Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda xalçaçılıq. 

Gəncə xalçaçılıq məktəbi Gəncə şəhəri və onun ətraf kəndlərini, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edir. Bu məktəbin mərkəzi Gəncə şəhəridir. Qədim şəhərlərdən olan Gəncə Azərbaycanın şimal qərbində yerləşir. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarını istehsal mərkəzi kimi tanınmışdır. Əsrlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olmuşdur. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına müsbət təsir göstərmişdir.
      Gəncə xalça məktəbinə "Gəncə", "Qədim Gəncə", "Gölkənd", "Fəxralı", "Çaykənd", "Çaylı", "Şadılı", "Çıraqlı", "Samux" və s. kompozisiyalar daxildir. Gəncə qrupuna daxil olan "Fəxralı" namazlıq xalçası öz yüksək bədii xüsusiyyətinə, toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.
      Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir.
      Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir. Qazax qrupuna, "Şıxlı", "Borçalı", "Qaymaqlı", "Qaraqoyunlu", "Qarayazı", "Qaraçöp", "Qaçağan", "Dağkəsəmən", "Dəmirçilər", "Kəmərli", "Göyçəli", "Salahlı" və s. çeşidli xalçalar daxildir. Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə - Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmiş, XV əsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Elçilər" tablolarında bu xalçaların təsviri verilmişdir.

                                               

Hiç yorum yok:

Yorum Gönder

Silikon Vadisi 🍀

                                                                                       Silikon Vadi si       ⧬  Şimali Kaliforniyad...