Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun hidroloji abidələri.
Çaylar, şəlalələr, hündür dağ
gölləri, göllər, kanyonvari dərələr, su
anbarları buraya daxildir.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonundan
axan çaylar (Ağstafaçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay, Tovuzçay ) Kürün sağ
qollarıdır. Uzunluğu 413 km olan Qanıx çayı və 389 km olan Qabırrı çayları Mingəçevir
su anbarına tökülürlər. Ağstafaçay uzunluğu 133km, su toplayıcı sahəsi 2586
kv.km, Kürəkçay uzunluğu 126 km, su toplayıcı sahəsi 2080 kv.km, Gəncəçay
uzunluğu 99 km, hövzəsinin sahəsi 752 km², Zəyəmçay 90 km, hövzəsinin sahəsi
942 km²-dir, Şəmkirçay 95 km, hövzəsinin sahəsi 1170 kv.km , Tovuzçay 42 km,
hövzəsinin sahəsi isə 278 kv.km-dir.
Göllər. Azərbaycan ərazisində ümumi sahəsi
395 km2 olan 450 göl müəyyən edilib ki, onlardan 10 gölün sahəsi
10 km2-dən böyükdür. Bölgədə 10-dan
çox böyüklü kiçikli göllər vardır ki, bunlarında çoxu uçqun bənd mənşəlidir.
Göllər ən çox Göygöl rayonunda rast gəlinir. Bu rayonda özünəməxsus landşaftı
ilə seçilən, Kəpəz dağında olan, Ağsu çayın dərəsində yaranan uçqun-bənd göllərindən
Göygöl, Maral göl, Zəli göl, Ördək göl, Ceyran göl, Ağ göl və s. qeyd etmək
olar. Buradakı yerlərin təbiət gözəlliyi, Göygöl,
Maral göl, Ağ göl kimi dağ göllərinin mövcudluğu, dağ yamacları ilə növbələşən
çiçəkli çəmənliklər, təmiz şəffaf hava
təkcə daxili regiona turistləri
cəlb etmir, xarici turistlər də buralara tez-tez gəlirlər. Göygöl Azərbaycanın incisi
hesab olunur. Gölün təbii mavi səthində Kəpəz dağının silueti əks olunur, göl
özü isə hər tərəfdən dağlarla əhatə
olunaraq, qeyri-adi gözəlliyə malikdir. Göygöl zonası Kiçik Qafqazın
şimal-şərq yamaclarında, Göygöl inzibati
rayonunun (keçmiş Xanlar) ərazisində yerləşir. Göygöl 1139-cu il Gəncə
zəlzələsindən yaranıb. Bu zəlzələ nəticəsində 19 göl; 7 böyük və 12 kiçik
göllər əmələ gəlib. Bunlardan ən böyük olanı Göygöl (2600x1000x96
metr) 1556 m hündürlükdə yerləşir. 31 m dərinlikdən sonra kükürdlü qat gəlir ki bu da gölün daha
bir unikallığıdır. Qalan iri göllər Maral
göl (1000x1000x97 metr), Zəli göl
(500x400x16 metr), Qara göl (300x100x24metr) Güzgü göl (2 hissədən; meşə ( 100x100x8
metr) və qayalıqda (50x70x16 metr) olan hissədən ibarətdir) . Gilli göl
(bataqlıq göl olub, otlaq sahəsi suyun altında qalıb) . Sonuncu iri göl; Üç
göllər adlanır və 2800 metr yüksəklikdə, Murovdağda 8 ha ərazi tutmaqla yerləşir.
Xırda göllərə Çoban gölü, Ayı gölü, Bataqlıq gölü və s göstərə bilərik. Bu göllərin
landşaftın qorunması üçün onların bazasında əvvəlcə dövlət qoruğu sonra isə sahəsi
genişləndirərək Milli Park yaradılıb. Qeyd olunan su hövzələri ilə yanaşı, Daşkəsən
və Gədəbəy rayonlarında kiçik göllərədə
rast gəlinir.
Şəlalələr. Gəncə-Qazax bölgəsində 10-a
yaxın kiçik şəlalə vardır. Şəlalələr Şəmkir, Qoşqar, Əsrik çaylarının dərəsində
daha çox rast gəlinir. Şəlalər hündür dağlıq ərazilərdə yerləşdiyinə görə
piyada ekskursiyaların təşkilində istifadə edilə bilər. Gədəbəy rayonunda
Haçaqaya dağının ətəyində Şır-Şır şəlaləsi yerləşir. Daşkəsən rayonunda Muşavaq
kəndində Şır-Şır şəlaləsi, Dəstəfur kəndində şəlalə, Alaxançallı kəndində şəlalə.
Hiç yorum yok:
Yorum Gönder