Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun mikroiqlim resursları.💦
İqlimin kurort ehtiyatı kimi təsnifatında əsas göstəricilərinin qruplaşdırılması istirahət və turizmin təşkili ilə yanaşı aeroterapiya, helioterapiya müalicəsinin aparılmasında rolu ilə də bağlıdır.
Gəncə-Qazax
iqtisadi-coğrafi rayonunun iqliminə gəldikdə isə
ən aşağı-dağətəyi zonadan ən yüksək-subalp zonasınadək ciddi şəkildə dəyişiklik
baş verir. Dağətəyi zonada iqlim nisbətən isti və qurudur, yüksək dağlıq zonada
isə getdikcə daha soyuq və rütubətli olur.
Ümumilikdə Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun iqlimi il ərzindəki günəş parıltısının miqdarı 2000 - 2400 saatdır.
Ən soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi ərazi üçün çox yumşaq
(2.5 - 00C), yumşaq (0; -5°C), mülayim (-5; -10°C), mülayim-soyuq
(-10; -15° C) şəraitdə keçir. İsti dövrlərdəki (aprel-oktyabr) mümkün
buxarlanma 200 - 1000 mm tərtibindədir (ən aşağı göstəricilər Daşkəsən və
Gədəbəydə 400 - 600, ən yuxarı göstərici isə Samuxda 1000 olur. İyun-sentyabr
aylarında quraqlıq keçən günlərin sayı 5 - 25 gün və az olur. Küləyin orta
illik sürəti 2 m/san və daha az olur. İqlim kontinentallığı zəif (130-dan az),
mülayim (165-ə qədər əmsalla) və orta (205-ə qədər əmsalla) kontinentallıq
intervalında səciyyələnir. İl ərzində şaxtasız dövrün davamiyyəti 100 - 225
gün. Havanın temperaturunun 0° C-dən aşağı olan günlərin sayı isə ərazi üzrə 10
- 150 gün intervalında olub Goranboy, Şəmkir, Tovuz, Ağstafa və Qazaxda
10-50, Naftalan və Samuxda 10 - 20, Gəncə və Göygöldə 20 - 50, Daşkəsən və
Gədəbəydə isə 50 - 150 gün təşkil edir. İl ərzində qar örtüyü olan günlərin
sayı ərazinin əksər rayonlarında 10-40 və az gün təşkil etdiyi halda Daşkəsən
və Gədəbəydə bu göstərici 40-160 günə çatır.
Cədvəl
Gəncə-Qazax iqtisadi-coğrafi
bölgəsinin inzibati ərazilər üzrə əsas iqlim göstəriciləri
|
||||
Ərazi
|
Ümumi günəş radiasiyası, kkal/sm 2
|
Orta illik yağıntının miqdarı, mm
|
Ən soyuq ayın orta temperaturu, 0C
|
Ən isti ayın orta temperaturu 0C
|
Goranboy
|
128-132
|
300
|
1-3 və çox
|
26 və çox
|
Samux
|
124-128
|
200-400
|
1-3 və çox
|
26 və çox
|
Göygöl
|
128-132
|
400-750
|
-2,5-1
|
20-26
|
Şəmkir
|
124-128
|
200-400
|
-2,5-1
|
20-26
|
Tovuz
|
124-128
|
200-400
|
-2,5-1
|
20-26
|
Ağstafa
|
124
|
200-400
|
-2,5-1
|
24-26
|
Qazax
|
124-128
|
200-400
|
-2,5-1
|
20-26
|
Daşkəsən
|
132-144
|
400-650
|
-10-0
|
5-20
|
Gədəbəy
|
132-144
|
400-700
|
-10-0
|
5-20
|
Naftalan
|
128
|
300
|
2-3
|
24
|
Gəncə
|
128
|
300
|
1-2
|
24
|
Mənbə: Azərbaycanın inzibati
rayonlarının coğrafi səciyyəsi [9].
Regionun dağlıq hissəsində, günəşli saatların illik miqdarı
2200, ümumi günəş radiyasiyasının illik miqdarı və səth örtüyünün illik radiasiya
balansı uyğun olaraq 140-144 kkal/sm2
və 22-26 kkal/sm2 təşkil edir. Havanın orta illik
temperaturu 00 -dən aşağı, orta yanvar temperaturu mənfi 10-140C,
orta iyul temperaturu müsbət 5+70 C-dir. Havanın mütləq minimum
temperaturu -300C və ondan da aşağı, mütləq maksimum temperatur isə
relyefin yüksək diapozonundan asılı olaraq +100C və +200C
arasında dəyişir. İl ərzində qar örtüyü olan günlərin miqdarı 160-dan çoxdur.
Ərazidə illik yağıntıların paylanması müxtəlif olub, 600-700 mm arasında dəyişilir
ki, onun da əsas hissəsi (400-600 mm) ilin isti dövründə düşür.
Hiç yorum yok:
Yorum Gönder