Silikon Vadisi 🍀

                            

                                                         Silikon Vadisi


     ⧬  Şimali Kaliforniyada (ABŞ) San-Fransisko ilə San-Xose arasındakı yerin adıdır. Hesablama texnikasının inkişafına önəmli təsir etmiş bir çox kompüter firmaları burada yerləşir. 

    ⧬  Dünyanın ən nəhəng texnoloji mərkəzi.  İlk dəfə bu anlayış 11 yanvar 1971-ci il tarixində jurnalist Don Heflerin "ABŞ-ın Silikon Vadisi" adlı məqalələr seriyası dərc olunanda yaranıb. "Silikon Vadisi"nin tərkibinə 7 minə yaxın şirkət daxildir. Onların arasında dünya şöhrətli "Adobe Systems", "Advanced Micro Devices" (AMD), "Apple Inc.", "Cisco Systems", "Dolby Laboratories Inc.", "eBay", "Google", "Hewlett-Packard", "Intel", "Oracle Corporation", "Sun Microsystems", "Symantec", "Yahoo!" və s. şirkətləri var. Onların burada cəmləşməsindən əvvəl San-Fransisko yarımadasının cənub hissəsindəki bu mənzərəli ərazi "Ürəklərin heyran olduğu vadi" adlanırdı.
   ⧬ Şimali Kaliforniyadakı həmin ərazi dünyaya "qarajda başlanğıc" anlayışını da bəxş edib. Stenford Universitetinin tələbələri Uilyam Hülett və Devid Pakkardın özlərinin kiçik bizneslərini başladıqları Palo-Alto şəhərciyindəki tanınmış qaraj hazırda milli görkəmli bir yerə çevrilib. Hewlett-Packard-ın (HP) 60-cı illərin əvvəlinə kimi yarımkeçiricilər istehsal etmədiyinə baxmayaraq Silikon Vadisinin ilk şirkəti məhz HP hesab olunur. Bacarıqlı və təşəbbüskar tələbələrin müəllimi, Mühəndis fakültəsinin dekanı Frederik Emmons Terman Silikon Vadisinin "atası" hesab olunur. Hazırda iri İT-şirkətlərin kiçik vətənlərinə çevrilmiş Stenford sənaye parkının yaradılmasının təşəbbüskarı məhz F. Emmons Terman olub.


   ⧬  Bu gün ABŞ-ın milyardlarla dollarlıq bütün vençur kapitalının üçdə bir hissəsi məhz Silikon Vadisində cəmləşir. ABŞ-da ən yüksək orta gəlir buradadır - ildə təxminən 145 min dollar. Vadidə yüksək texnologiyalar sahəsinin 300-400 min mütəxəssisi çalışır. Bura ABŞ-da ən yüksək texnoloji sahə alimlərinin cəmləşdiyi yerdir. Bu vadini müasir texnoparkların modeli kimi də xarakterizə etmək olar. 


    
  ⧬ Hazırda vadidə 2,5 milyon nəfər insan yaşayır və fəaliyyət göstərir. Onların 34 faizi əcnəbidir; vadidə yaşayan hər bir əməkdaş öz şirkətinə ümumilikdə il ərzində 200 min ABŞ dolları qazandırır; vadidə yaşayanların yalnız 43 faizi ali təhsillidir; burada əməkdaşların orta illik əmək haqqı 70-80 min ABŞ dollarıdır.

 Leyla Hüseynli

əlaqə: leylahuseynli@yahoo.com

Hiç yorum yok:

Yorum Gönder

Silikon Vadisi 🍀

                                                                                       Silikon Vadi si       ⧬  Şimali Kaliforniyad...