Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun qədim yaşayış məskənləri və arxeoloji abidələri.

    Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun qədim yaşayış məskənləri və arxeoloji abidələri. 

Gəncə-Qazax iqtisadi coğrafi rayonu ərazisindən tapılan qədim paleolit abidələri: TöyrətəpəŞomutəpəQarğalar təpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar zamanı tapılmışdır.    
      Arxeoloji mədəniyyətlərə aid edilən Aşel mədəniyyəti
Azərbaycanda Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel mədəniyyətinə aid tapıntılar Azərbaycan ərazisində Qazax rayonunun Qayalı, Acıdərə, Şişquzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin başlıca olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur. Erkən Aşel 700-500 min il bundan əvvələ aid edilir. Azıx mağarasında erkən Aşel Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Bu təbəqədən xeyli daş məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki ovuntusu aşkar olunmuşdur. Əmək alətləri arasında kobud çapacaqlar, qaşovlar kəsici alətlər və ərsinlər xüsusi yer tutur. Çapacaqlar həcminə görə Olduvay, Ubeydiyə, Terra-Amatadan tapılmış alətlərlə uyğundur.
     Ağstafa rayonu- Aşağı Göyçəli kəndi ərazisində neolit-tunc dövrünü əhatə edən Töyrətəpə, Ağtəpə yaşayış yeri, Dağ Kəsəmən kəndi ərazisində tunc-ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri və qəbiristanlıq (Çoban daşı) kimi dünya əhəmiyyətli abidələr mövcuddur.
      Rayonda Son Tunc - Antik Dövrlərə aid Maraltəpə qədim ya­şayış yerləri, Yuxarı Göyçəli kəndi yaxınlığında Qoşatəpə, Sarıtəpə, Hasarlıtəpə, II Şomutəpə yaşayış yerləri (Son Tunc - Erkən Dəmir Dövrləri), Dağ Kəsəmən kəndində (Tunc Dövrü Erkən Dəmir Dövrü) Çobandaşı yaşayış yeri, Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (Daş Dövrü), Tunc və Dəmir Dövrlərinə aid Dumatəpə, Böyüktəpə əraziləri, Şiş Quzey Piri, Tatlı kəndi yaxınlığında Cinlitəpə paleolit düşərgəsi. Tunc-Dəmir Dövrlərinə aid Alçaqtəpə, Hasarlıqala yaşayış yerləri. Ağstafa səhəri yaxınlığında I Şomutəpə (Neolit), Cantəpə (Tunc Dövrü) yaşayış yerləri. Qırılı kəndi yaxınlığında Qarğalar təpəsi yaşayış yeri (Neolit).  Vurğun qəsəbəsi yaxınlığında Arzamastəpə yaşayış yeri (Neolit). Həsənsu çayının yaxınlığında Çəpiş təpəsi yaşayış yeri (Eneolit Tunc Dövrləri). Pirili kəndi yaxınlığında Qabaqtəpə yaşayış yeri (Tunc - Dəmir Dövrləri). Həsənsu kəndi yaxınlığın­da (Son Tunc Dövrü) Nadir bəy təpəsi yaşayış yeri. Yastıtəpə yaşayış yeri (Son Tunc Dövrü) Ağstafa şəhərinin şimal tərəfində,  Sarı qaznaq qəbiristanlığı tunc dövrü Köçəsgər kəndi, Güllütəpə yaşayış yeri (Orta Tunc Dövrü) Köçəsgər kəndi, Ayranlıtəpə yaşayış yeri (Eneolit - Tunc Dövrü) Həsənsu çayının Bakı-Tbilisi yolunu kəsdiyi yerdən şərqdə, Hasarlıtəpə yaşayış yeri (Son Tunc-Dəmir Dövrü) Yuxarı Göyçəli kəndi, Sarıtəpə yaşayış yeri (Son Tunc-Dəmir dövrü) Yuxarı Göyçəli kəndi. Xoşbulaq kəndi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid kurqanlar. Çovdar kəndi ya­xınlığında son Tunc-erkən Dəmir dövrünə aid arxeoloji Çovdar abi­dələri, daş qutu qəbirlər, kurqan­lardan ibarətdir. Daş qutu qəbirlərin eni 0.7 - 2.35 m, uzunluğu 1.5 - 3.7 m-dir. Ölülər dizdən bükülü, əlləri sinəsində və ya sifətinə doğru uzadılmış vəziyyətdə, böyrü üstə dəfn edilmişlər.
      Gədəbəy rayonunda Rüstəm Əliyev qəsəbəsi yaxınlığında Pale­olit Dövrünə aid Şirzağa düşərgəsi. Kurqanlar (3 ədəd) e.ə. II-I minilliklər Novosaratovka kəndi, Kurqanlar (4 ədəd) e.ə. II-I minilliklər Novoivanovka kəndi, Nekropol son tunc-ilk dəmir dövrü Gədəbəy şəhərindən şərqdə, Kurqanlar (3 ədəd) e.ə II-I minilliklər Söyüdlü kəndi,Kurqanlar (6 ədəd) e.ə. III-II minilliklər Böyük Qaramurad kəndi rayonun qədim yaşayış məskənləri və arxeoloji abidələrinə aiddir.
      Goranboy rayonu, Xan Qərvənd kəndi yaxınlığında XVIII əsrə aid abidə. Qoşatəpə yaşayış yeri (çoxtəbəqəli) tunc dövrü-orta əsrlər Goranboy şəhərindən 2km şimal-qərbdə,  Kurqanlar (3 ədəd) tunc dövrü Aşağı Ağcakənd qəsəbəsi, Kurqan tunc dövrü Qaraçinar kənd və Aşağı Ağcakənd qəsəbəsinin arasında,  Aul yaşayış yeri XI-XIII əsrlər Rus Borisi kəndindən şimal-qərbdə, Səfikürd kurqanı tunc və ilk dəmir dövrü Səfikürd kəndindən 1,5 km şərqdə, Molla İsmayıl təpəsi yaşayış yeri III-VII əsrlər Səfikürd kəndində ortalığında, Şortəpə yaşayış yeri III-VII əsrlər Səfikürd kəndi. Hacılı Qobusu kurqanları tunc dövrü Hacallı və Tap Qaraqoyunlu kəndlərinin arasında, Çataltəpə kurqanı tunc dövrü Hacallı və Tap Qaraqoyunlu kəndlərinin arasında, Goran yaşayış yeri və nekropolu e.ə. I minillik Goran dəmir yolu stansiyasından 2-2,5 km şimalda, Nəbiağalı kəndi yaxınlığında diametri 10-20  m, hündürlüyü 1-1.5 m olan Tunc Dövrünə aid kurqanlar Çobanabdallı kəndində Son dövrünə aid kurqanlar. Qarasaqqal kəndində Şəhərburnu yaşayış yeri, türbə. Çobanabdallı kəndində “Narlı qoruq (XIII əsr), “Dinaraq” (XV əsr) ya­şayış yerləri,  həmçinin arxlar, Zazalı kəndində isə kəhrizlər aşkar edilmişdir. Kor arxı XIV, Qızıl Hacılı arxı - XIV, Xan arxı - XVI, Balabəhmən - XV, Xan arxı - XV (bu ikinci Xan arxıdır), Karxana arxı - XV, Arazbar - XV, Şatır arxı - XVI, Xanlıq - XVI, Çölək arxı - XVI əsrlərə aid edilmişdir.
      Şəmkir rayonu Çənlibel kəndi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid və arxeoloji abidələr: qədim qəbiristan, siklop tikililər, kurqan və daş qutu qəbirləri qəbiristanı. Yuxarı Seyfəlli kəndi yaxınlığında, Şəmkirçayın sağ sahilində Tunc Dövrü və Orta Əsrlərə aid qəbiristanlıq. Plankənd yaxınlı­ğında Eneolit Dövrünə aid (m.ə. XII- XI əsrlər) Keçili qədim yaşayış yeri. Möhrədən hörülmüş dördkünc bina qalıqları, saxsı qablar, daş alətlər aş­kar edilmişdir. Zeynalbəy yaşayış yeri tunc dövrü-orta əsrlər Qaracəmirli kəndi, Muncuqlu yaşayış yeri tunc dövrü-orta əsrlər Qaracəmirli kəndi,  Əliqoca yaşayış yeri tunc dövrü-orta əsrlər Qaracəmirli kəndi, Pir Atabəy kəndi.
            Tovuz rayonu ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr var: Aşağı Öysüzlü və Aşağı Ayıblı kəndləri yaxınlığında hündürlüyü 5-6 m-ə çatan kurqanlar. Tovuz şəhərindən 2 km cənub şərqdə Tunc Dövrünə aid kurqanlar. Tovuz şəhərindən qərbdə paleolit düşərgəsi. Bayramlı kəndi yaxınlığında Son Tunc dövrünə aid  yaşayış yeri, küp qəbirlər nekropolu  (m.ə. II minillik - m.ə. II əsr). Dönük Qınıxlı kəndindən şərqdə Eneolit Dövrünə aid Göytəpə, Məntəctəpə  yaşayış yerləri. Düz Qınıxlı kəndi yaxınlığında Tunc Dövrünə aid kurqanlar. Mülkülü kəndi yaxınlığında Antik Dövr və Orta Əsrlərə aid qədim Xunan şəhərinin xarabalıqları. Düz Cırdaxan kəndi yaxınlığında Əvəztəpə qalası, nekropol (XVI - XVIII əsrlər), kəhriz (XIX əsr).
       Daşkəsən rayonu, Xoşbulaq kəndi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid kurqanlar. Çovdar kəndi ya­xınlığında son Tunc-erkən Dəmir Dövrünə aid arxeoloji Çovdar abi­dələri. Daş qutu qəbirlər, kurqan­lardan ibarətdir. Daş qutu qəbirlərin eni 0.7 - 2.35 m, uzunluğu 1.5 - 3.7 m-dir. Ölülər dizdən bükülü, əlləri sinəsində və ya sifətinə doğru uzadılmış vəziyyətdə, böyrü üstə dəfn edilmişlər.

       Xoşbulaq kurqanları- ərazisində daş örtüklü kurqan tipli qəbirlər. Bu qəbirlərdə skelet arxası üstə oynaqlardan bükülü formada, başı qərbə doğrudur. Belə qəbirlərdə bir qayda olaraq qara rəngli, küpə formalı üç qulp qablara daha çox təsadüf olunur. Buradan həmçinin qızıl, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları da tapılmışdır.

        Gəncə şəhərində Üç təpə, çar kurqanı ilk tunc dövrü Gəncə şəhəri, Əzizbəyov küçəsi, Nekropol VII- IX əsrlər Köhnə Gəncə , Nekropol XI-XIII əsrlər Köhnə Gəncə, Kurqanlar son tunc dövrü Köhnə Gəncənin şimal-qərb tərəfində, Yaşayış yeri XIII-XIV əsrlər Köhnə Gəncə yerləşir. 

Hiç yorum yok:

Yorum Gönder

Silikon Vadisi 🍀

                                                                                       Silikon Vadi si       ⧬  Şimali Kaliforniyad...