Təbiəti ruhunda hiss et! Kənd turizmi ilə...

        Yaşatmaq üçün ilk növbədə yaşamaq lazımdır, doyunca yaşamaq! Etmək istədiyin nə varsa etmək, zamanımız varkən gəzmək, görmək, bilmək, həyatdan zövq almaq. Təbiətin qoynu bambaşqa bir aləmdir. İnsan təbiətin bir parçasıdır və ona görə də daima təbiətə can atır. Onunla bütünlənmək, onunla var olmaq istəyir. Təbiəti ruhunda hiss etmək istəyir!

    Bəli bu yazdıqlarımı 2 kəlimə ilə anlatmaq istəsəm bunu Kənd Turizmi adlandıraram. Bəli, bəli Kənd Turizmi. Sizcədə Kənd Turizmi yaşıllıqların, təbiətin qoynunda olmaq deyilmi?! Ruhunu təbiətə təslim etmək, hər anından zövq almaq. Bədəninin hər zərrəsində təbiətin varlığını hiss etmək, ruhunu oxşamasına icazə vermək. Bütün problemlərdən uzaqlaşmaq, gülmək, əylənmək, yaşamaq, unutmaq, sevmək deyilmi?! Məncə bu sözlərin hərbiri ayrılıqda və bütövlükdə kənd turizmini işarə edir...
       Kənd turizmi ekoturizmin bir növüdür və onun təməlində kənd həyatı durur. Kənd həyatı öz gözəllikləri ilə cəlbedici eyni zamanda heyranedicidir.  Hərsabah günəşin doğuşunu izləmək, quşların səsini dinləmək, təbiətlə iç içə olmaq qədər dəyərli  hiss yoxdur.  
       Xüsusilə də yay aylarında kənd turizmi bizi və digər turistləri cəlb edir. Hər kəs bir müddət də olsa, şəhərlərin səs-küyündən, istisindən uzaqlaşıb dağların, meşələrin qoynunda, yaxud da kənd evlərində, kiçik mehmanxanalarda dincəlmək istəyir..
Bu yazımda məqsədim Kənd turizminin həm beynimiz, həm ruhumuz və əsasda sağlamlığımız üçün çox faydalı olduğunu qeyd etmək idi. Hərzaman təbiətlə və sağlıqla qalın!
                                                                                                         Leyla Hüseynli 
                                                                                   əlaqə: leylahuseynli@yahoo.com

Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda turizmin inkişaf perspektivləri


        Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda turizmin inkişaf perspektivləri

      Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun turizm profilli regiona çevrilməsi üçün çoxlu imkanlar vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünə məxsus mətbəxi və qonaqpərvərliyi, dağları, təmiz havası, meşələri, rəngarəng iqlimi və s.  Lakin bu imkanlardan tam şəkildə istifadə olunmur. Yaxın gələcəkdə həm təbii, həm də antropogen turizm ehtiyyatlarından istifadə etməklə Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda bir sıra problemləri aradan qaldırmaq olar.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonu üzrə qəbul edilmiş və göndərilmiş turistlərin sayı, cəmi(nəfər)                                                              
       Azərbaycanda, eyni zamanda Gəncə-Qazax turizm bölgəsində işgüzar turist gəlmələri üstünlük təşkil edir. Orta hesabla ölkəmizə gələn turistlərin 89%- i işgüzar, 8,8%-i şəxsi,  1,5%-i isə turizm məqsədi ilə gəlirlər. Gəncə şəhərinin 2012-ci ildə Azərbaycanın "Gənclər paytaxtı”. 2016 cı ildə isə “Avropanın Gənclər paytaxtı” olması turist səfərlərinin daha da artdığını göstərir. Gəncə-Qazax turizm bölgəsinə gələn turistlərin böyük əksəriyyəti MDB ölkələrinin payına düşür. Sonrakı yerləri Türkiyə, İran, və Gürcüstandan gələn turistlərin 20%-ni turistlər turoperatorların hesablaması təşkil edir. Rəsmi statistik məlumatlar olmasa da turoperatorların hesablaması göstərir ki, turistlərin bölgə ərazisində qalma müddəti 2 günə bərabərdir. Turoperatorların digər statistikasına görə Gəncə-Qazax zonasında turizmin zəif inkişafının səbəbi işğal olunmuş ərazilərə qonşu mövqelərdə olmasıdır.

        Bundan əlavə rayon daxilində turizmin inkişafına təkan verən amillərdən biri meşələrdir. Meşələrdə heyvanlar- qaban, ayı, tur, Qafqaz maralı, həmçinin turac, qırqovul və digər quşlar mövcud olan ovçuluq təsərrüfatının daxilində qanuni ovçuluğun obyektinə, qoruqdaxilində isə fotoovçuluğun predmetinə çevrilə bilər. Turizmin inkişafına təkan verən digər amil mineral bulaqlardır. Regionda yerləşən Naftalan şəhəri isə öz müalicəvi nefti ilə turistlərin diqqətini çəkir. Bölgəyə gələn turistlər həmçinin üzümçülük, meyvəçilik, ipəkçilik, pambıq plantasiyaları və b kənd təsərrüfatları ilə məşğul olan müəssisələrlədə tanış ola bilərlər.
     Gəncə şəhəri və onun ətraf kəndlərini, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının əraziləri də milli irs nümunələrimiz ilə zəngindir. Bu regiona gələn turistlər Gəncə xalçaçılıq məktəbi ilə tanış olmaqla Azərbaycanın milli irsinin zənginliyinə şahid olurlar. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarının istehsal mərkəzi kimi tanınıb. Əsirlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olmuşdur. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına da müsbət təsir göstərmişdir.
      Gəncə-Qazax iqtisadi-coğrafi rayonu, xüsusilə onun dağlıq hissəsi xeyli balneoloji və turizm sərvətləri ilə zəngindir. Burada keçmişdən qalan bir neçə balneoloji-kurort və turizm-istirahət kompleksi vardır. Mülayim iqlim, təmiz havası, mineral suların və müalicəvi neftin mövcudluğu, enliyarpaqlı meşələr, meyvə bağları və üzümlüklər müasir tələblərə cavab verən kurort-sanatoriya müalicəsinin, kütləvi istirahət və turizmin təşkilinə əlverişli şərait yaradır. Lakin bu cür imkanlar tam istifadə edilmir. Regionun yaz-yay dövrləri rekreasiya təsərrüfatının inkişafı üçün də çox əlverişlidir.
                                                                                                         Leyla Hüseynli
əlaqə: leylahuseynli@yahoo.com

Kənd yaşıl turizmin təbliği istiqamətində Quba və Xaçmaz rayonlarına İnfoTur təşkil edilib


Kənd yaşıl turizmin təbliği istiqamətində Quba və Xaçmaz rayonlarına
İNFOTUR təşkil edilib.

 15iyul 2019-cu il/ Şəfəq Ekoturizm İctimai Birliyi

AZ4200, Lənkəran şəh., Z.Əliyeva küç., 124/10            Mob: 055 719 20 68           E-mail: shafagect@gmail.com

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Şəfəq" Ekoturizm İctimai Birliyi tərəfindən icra edilən "Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili" layihəsi çərçivəsində 12 – 14 iyul 2019-cu il tarixlərini əhatə edən İNFOTUR yekunlaşdı. İnfoturun birinci günü ölkəmizdə fəaliyyət göstərən KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər sosial-fəal 20 nəfərdən ibarət şəxslər layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə haqqında məlumatlandırılıb. Layihə rəhbəri layihənin kənd sakinlərinə sosial-iqtisadi cəhətdən faydalı olduğunu, onların maddi rifahlarının yaxşılaşmasına, həmçinin turistlərin istirahətinin səmərəli və keyfiyyətlə həyata keçirmək istəyən şəxslərin kənd turizmi xidmətlərinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. İştirakçılar fəaliyyətləri ilə bağlı məlumat verib, layihəni yüksək qiymətləndirib, kənd turizmi və bu istiqamətdə layihəyə verəcəkləri töhfələr haqqında fikirlərini bölüşüblər. Layihə rəhbəri infoturun proqramı ilə iştirakçıları tanış etdikdən sonra Quba rayonun Afurca kəndinə səfər edilərək oradakı kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə kəndli təsərrüffatlarına baş çəkilib və onların kənd turizmi istiqamətində təcrübələrini öyrənib, həmin ailələrin həyat tərzi ilə maraqlanıb, kiçik təsərrüfatları ilə tanış olub, heyvan kəsimi, kartofun torpaqdan çıxarılması və təbii məhsullardan istifadə etməklə yeməyin hazırlanmasında iştirak ediblər. Proqrama uyğun olaraq Qubanın Təngaltı kəndində Vəlvələ çayının yaratdığı Kanyonlara səfər edilib, daha sonra isə 1946-cı ildə alman əsirləri tərəfindən salınan Qubanın ən qədim parkı Nizami adına parkı gəzən iştirakçılar XIX əsrə aid Qudyalçay üzərindəki qədim Tağlı körpüyə eniblər, dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbədə olublar. Gün ərzində Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev və “Kənd Yaşıl Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin Şimal regionu üzrə nümayəndəsi Elşən Məmmədov iştirakçılarla görüşüb. Görüşdə kənd yaşıl turizmi və onun mahiyyəti, kənd turizminin sosial-iqtisadi, mədəni təsirləri, kənd turizminin təbliğiatı istiqamətində əsas amillər haqqında fikir mübadiləsi aparılıb.

İnfoturun növbəti günündə iştirakçılar Xaçmaz rayonunun Ləcət kənd sakini təsərrüfatçı Amid Xanmetovun təsərrüfatı ilə tanış olublar. A.Xanmetov meyvələrin becərilmə və istehsal üsulları, oradakı şərait və imkanlar haqqında ətraflı məlumat verdikdən sonra infotur iştirakçıları meyvə yığımında iştirak edib və yığdıqları məhsullardan dadaraq, alış ediblər.
            İnfotur zamanı Xaçmaz Turizm İnformasiya Mərkəzində Xaçmaz rayonunun icra hakimiyyətinin əməkdaşı Araz Rzayev, mərkəzin rəhbəri Vasif Əhmədov, kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə-kəndli təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşün təşkil olunmasında məqsəd yerli əhali ilə infotur iştirakçıları arasında kənd yaşıl turizmi inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, onların bu fəaliyyət çərçivəsində rastlaşdıqları problemlər, kənd turizminin inkişafını şərtləndirən əsas amillər, kənd evlərində turistlərin qəbulu üçün tələb olunan standartların müzakirəsi və təbliğat işinin artırılması olmuşdur.
İştirakçılar həmçinin Xaçmaz rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə Xaçmaz rayon Heydər Əliyev Mərkəzi, açıq səmada altında Şəxsiyyətlər Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Xaçmaz qülləsini ziyarət ediblər.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd regionlarda müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd yaşıl turizmi potensialının istehlakçılara çatdırılmasını təşviq etməkdir.

                                                                                                       Leyla Hüseynli
əlaqə: leylahuseynli@yahoo.com

Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda piknik yerləri.

            Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda piknik yerləri. 


      Təbii rekreasiya resursları, saf iqlim, mənzərəli dağ-meşə landşaftı, müalicə əhəmiyyətli mineral sular beynəlxalq əhəmiyyətli istirahət-müalicə müəssisələrinin yaradılmasına imkan verir. Dəniz səviyyəsindən 1566 m, yüksəklikdə Göygöl və Hacıkənd istirahət guşələri yerləşir. Gədəbəyin ən baxımlı və turizm üçün əlverişli yerlərdən biri Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Bura əsl yerüstü etnik muzeydir. Tarixi böyük, taleyi maraqlıdır. XIX əsrin ortalarında almanlar bu yerlərə gəlib çıxıblar. 1849-cu ildə bu yerlərdə filiz yataqları kəşf edilib.


      Tovuz şəhərində Almanların icması yaşayan evlər, Çaxır Zavodu və onlar tərəfindən istirahət üçün salınmış park, H.Əliyev seyrangahı, şəlalələr, Şəmşəddil qalası, Tovuz şəhərindən 12 km aralı Kür çayının kənarında olan ən qədim yaşayış yeri “Torpaq qala” III-VI əsr turistlər üçün maraqlı ola bilər.

      Bölgəyə gələn turistlər piknik məqsədi ilə Daşkəsən, Gədəbəy, Göygöl və sairə kimi zəngin landşafta malik ərazilərə üz tutular. Daşkəsəndə Zilvən kəndi, Göygöl yaylağı, Camadaşı yaylağı, Uzungüney yaylağı, Qocadərəsi yaylağı, Alaxançallı kəndi, Zincirli yaylağı, Turşsu seyrəngahı, Dəli alının yurdu yaylağı, Qoşqar yaylağı, Xoşbulaq yaylağı, Qabaqtəpə yaylağı, Astaf kəndi ərazilərində piknik üçün münasib yerlər vardır. 
 Leyla Hüseynli

əlaqə: leylahuseynli@yahoo.com

Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun istirahət yerləri.

       Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun istirahət yerləri



     Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda otellər ilə yanaşı turistlərin istirahətini və vaxtlarını səmərəli keçirmək üçün bir sıra istirahət mərkəzləri də fəaliyyət göstərir. Gəncə-Qazax iqtisadi-coğrafi rayonu ərazisində yerləşən restoranlarda müxtəlif çeşidli yeməklər təqdim olunur. Onlar qonaqlar üçün müxtəlif stollardan və ya otaqlardan ibarət olur. Restoranlar həm də arxitektur görünüşünə, həm də interyerinə görə fərqlənirlər.
      Regionda yerləşən restoranlarda milli mətbəxə daha çox önəm verilmişdir. Xüsusən hər rayonun özünə məxsus yeməkləri qonaqlara təqdim edilir. Hər rayonda müxtəlif sayda və adda restoran yerləşir.

P Gədəbəydə ➽ Laçın, Təbriz, Fərhad, Narzan
P Tovuzda  ➽ Abidoğlular, Dastan, Anar, Uğur, Aysu
P Qazaxda ➽  Palıd, Göyəzən, Koroğlu, Şahin, Qafqaz, Elit, Nərgiz, Elsevər, Aysel,      Qarabağ, Çənlibel
P Ağstafada  ➽ Həsənsu, Səda, Turist, İncəgül, Göyçə, Tural, Karvan, Poylu,    Bənövşə, Dəli Kür, Tutbağı
P Göygöldə  ➽ Araz, 101, Titanik, Muraz, Göygöl, Cənnətməkan, Gəncə qalası
P Şəmkirdə ➽  Murov dağ, Xan Saray, Efes-1  
P Samuxda ➽  Min bir gecə, Qoşqar, Qafqaz, Kür
P Daşkəsəndə  ➽ Ağ baba, Qoşqar, Baxar, Narzan 
P Gəncədə  ➽ Elnur, Qaya, Kür, Xəzər, Kəpəz, Gənclik, Göygöl, Zolotoy
P Goranboyda ➽ Bahar restoranları yerləşir.  [Guidebook Azerbaijan ]

       
    Goranboy rayonu ərazisində “Gülüstan” ərazisində istirahət turist bazası yaradılması üzrə tədbirlər həyata keçirilir. Tovuz rayonunda “Azərbaycan” adlı istirahət mərkəzi fəaliyyət göstərir.  1936 da Hacıkənd turist evi və Göygöl turist düşərgəsi yaradılmışdır. Göygöl turist bazası 1960 cı ildə, Hacıkənd turist bazası 1962-ci ildə yardılmışdır. Naftalan Gəncə turist bürosu 1967 ci ildə yaradılmışdır. Hal-hazırda Chinar Hotel & SPA Naftalan rahat və komfortlu beş ulduzlu otel olmaqla yanaşı, həm də texnikanın son nailiyyətləri ilə təchiz olunmuş müalicəvi sanatoriyadır. Burada Sizə naftalan neftinin köməyi ilə bir çox xəstəliklərdən xilas olma və ən müasir sağlamlaşdırma üsulları təklif ediləcəkdir. 


     60-cı illərdə Gəncə şəhərindən 30 km  aralıqda 300 yerlik Hacıkənd istirahət evi və 200 yerlik turbaza yaradılmışdır. Buradakı yerlərin təbiət gözəlliyi, Göygöl, Maralgöl, Ağgöl kimi dağ göllərinin mövcudluğu turist cəlb edilməsində aparıcı rola malikdir. 

Gəncə-Qazax iqtisadi-coğrafi rayonu mehmanxanaları

      Gəncə-Qazax iqtisadi-coğrafi rayonu mehmanxanaları

    Gəncədə Kəpəz, Gəncə, Luks, Qızılgül, Planet, Emon otel, El otel, Ramada plaza, Karvansaray, My way mehmanxanaları fəaliyyət göstərir. Goranboyda Goranboy otel, Naftalanda Naftalan sanatoriya mərkəzi, Çinar sanatoriya həm istirahət yeri həmdə yerləşmə müəssisəsi kimi fəaliyyət göstərir. Göygöl rayonunda Koroğlu, Cənnət məkan, Qoşqar, Kəpəz, Helenendorf və Göygöl otelləri, Daşkəsən şəhəri mərkəzində otel, Gədəbəy rayonu mərkəzində otel, Göyçə, Narzan, Şirxan, Bala Narzan, Vahid, Qoşabulaq, Novosaratovka, Eldorado otelləri yerləşir. Qazax rayonunda isə 2 otel biri Qazax-Tbilisi yolu üzərində yerləşir, digəri isə Qazax şəhərinin mərkəzində yerləşən qonaq evidir.
      Gəncə otel 1959 cu ildə fəaliyyətə başlamışdır. Gəncə oteli Gəncə şəhər hava limanından 20 dəqiqəlik məsafədə, Gəncə şəhər Dəmir yolu vağzalından 15 dəqiqəlik məsafədə, Heydər Əliyev prospektində yerləşir.
 
Otel Gəncə şəhərinin məşhur Xan bağının yaxınlığındadır. 3 ulduzlu otel olub dörd mərtəbə, 80 nömrədən ibarətdir. Bunlardan ikisi apartment, 10 “Deluxe” (luks) dərəcəlidir. Hər bir nöm­rədə kondisio­ner, soyuducu, peyk televiziya ötürücüsü, vanna otağı, fen, mini-bar, internet və beynəlxalq rəbitə sistemləri vardır.
      Emon oteli 2008 ci ildə fəaliyyətə başlamışdır. Otel Şah İsmayıl Xətai prospekti ilə Fikrət Əmirov küşəsinin kəsişməsində yerləşir.  
İnfrastrukturu, 4 ulduzlu, ürəkaçan üs­lubda inşa edilmiş,4 mərtəbəli, 36 nöm­rəlidir. Bunlardan 3 “Deluxe" (lüks), 2 "King suite" (kral lüks) dərəcəlidir. Uşaqla qa­lan ailələr üçün xüsusi 3 çarpayılı otaqlar vardır. Hər bir nömrədə fərdi kondisioner, soyuducu, peyk televiziya ötürücüsü, vanna otağı, mini-bar, internet və beynəlxalq rabitə sistemləri yerləşir.
      Ramada plaza 2010 cu ildə fəaliyyətə başlamış otel Gəncə şəhəri, Nizami küçəsi 237 ünvanında Gəncə şəhərinin müasir ticarət və əyləncə mərkəzlərinin göbəyində, beynəlxalq hava limanından 10 km məsafədə yerləşir.



      Otel infrastrukturuna gəldikdə isə Gəncə şəhərinin qərb girəcəyində yerləşən, Gəncə-Qazax magistral yolunun üstündə, ae­roporta yaxın yüksək səviyyəli, gözəl görü­nüşlü 5 ulduzlu otel­dir. Otelin həyətində 2 mərtəbəli kotteclər də qonaqların ix­tiyarına verilmişdir. Bu kotteclərdə ailəvi və ev heyvanları ilə birgə qalmaq mümkündür. Uşaqların əylənməsi, istirahət etməsi üçün də hər bir imkan vardır.
     El hotel 2007 ci ildə fəaliyyətə başlamışdır. Otel Gəncə şəhəri, Ü. Hacıbəyov küçəsi, 126 ünvanında yerləşir. Otel infrastrukturu; Gəncə şəhərinin şərq tərəfində yerləşən, Gəncə-Samux magistral yolunun üstündə, şəhərin mərkəzinə yaxın, müasir, idman-sağlamlıq mərkəzi və istirahət bağı olan oteldir. Otelin 1, 2, 3 nəfərlik otaq və 4 nəfərlik villa binası qonaqların ixtiyarına verilmişdir. Bu nömrələr 1, 2 otaqlı, vil­la isə 3 otaqlıdır və hər biri tam təchiz olunmuşdur. Uşaqların əylənməsi, istirahət etməsi üçün həyətdə müxtəlif nağıl qəhrəmanlarının  heykəl və maketləri ilə yanaşı, baş­qa digər imkanlar da yaradılmışdır.
       Karvansaray otel 1995 ci ildə fəaliyyətə başlamışdır. Otel Gəncə şəhəri, Yevlax şossesi, 1-ci kilometrliyində yerləşir.
 Otelin infrastrukturu, 4 ulduzlu hotel Gəncə darvazalarının as­tanasında yerləşir. Buradan şəhərin mərkəzinə 2 km, dəmiryol vağzalına 5 km, təyyarə limanına 17 km, göllərinin şahı "Göygöl"ə 25 km-dir. Otel 3 mərtəbəli 25 otaqlıdır. 23 lyüks nömrə, adi nömrələr yüksək zövq və dizaynla qurulmuşdur. Oteldə lift, fəsilə uyğun mərkəzləşmiş istilik və soyutma sistemi mövcuddur. İnfrastrukturu, qeydiyyat dayağı olan vestibül, seyf, biznes mərkəzi, konfransların keçirilməsi üçün şərait, restoran, telefon, beynəlxalq telefon xətti, internetə çıxış, açıq və qapalı hovuz, avtomobil dayanacağı var. Qonaqlar üçün səhər yeməyi , sauna, infra qırmızı lampalı kabinə, açıq və qapalı hovuz xidməti  ödənişsizdir. 70 nəfərlik restoran milli və Avropa yeməkləri ilə qonaqların zövqünü oxşayır. Otelimizin həyətində yay  mövsümünə uyğun yaşıl örtüklü istirahət guşəsi vardır .
      Bundan başqa Gəncə şəhərində “Planet”, “Kəpəz”, “Lyuks”, “Vətən”, “QızılGül” otel, mehmanxana və qonaq evləri də fəaliyyət göstərir. Evlərdə yerləşdirmə xidməti ilə məşğul olan kiçik müəssisələr və firmalarında xirmətindən yararlanmaq mümkündür.  [M.Abadov “Azərbaycan turizmi və onun inkişaf problemləri”, səh 218]
      Gədəbəy rayonunda yerləşən Eldarado oteli dağ turizm mərkəzi Kiçik Qafqaz dağlarının ətəyində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir.
 
Gədəbəydə qədim tarixə malik Qız Qalası və Koroğlu qalası, minillər öncə kommunikasiya vasitəsi kimi istifadə olunan qalaçalar, Azərbaycanda tikilmiş ilk dəmir yolu, Siemens və Nobel qardaşlarından yadigar mis, qızıl mədənləri və alman memarlıq ənənələri ilə tikilmiş körpülər, kilsələr mövcuddur.
          Naftalan şəhərində Çinar sanatoriyası hələ SSRİ dövründə şöhrət qazanmışdır. Hal-hazırda bura müasir otel kompleksidir. Chinar Hotel & SPA Naftalan Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə şəhərinin yaxınlığında yerləşir. Təmiz havaya və ideal ekologiyaya sahib olan bu gözəl yer şam ağacları parkı ilə əhatə olunub. Burada bütün ailə ilə birgə çox gözəl istirahət etməklə yanaşı, həm də sağlamlığı qaydaya salmaq mümkündür.
Chinar Hotel & SPA Naftalanda əsl peşəkarlar çalışır və onların əsas vəzifəsi turistlərin istirahətini son dərəcə gözəl, asudə vaxtını isə unudulmaz etməkdir. Həmçinin burada gözəl incəsənət əsərləri kolleksiyası və müasir interyer dizaynının əsl şah əsərlərini tapacaqsınız. Onlar gözəlliyə əsl qiymət verənlər üçün çalışırlar. Chinar Hotel & SPA Naftalanın əsas üstünlüyü, onun 70-dən artıq xəstəlik növünün müalicəsi üçün geniş müalicə proqramına sahib olmasıdır. Tibbi mütəxəssislər müalicəvi naftalan vannalarından istifadə edərək unikal texnologiya tətbiq edirlər.
1-ci korpus əsas korpusdur. Burada mərkəzin müdiriyyəti, müalicə şöbəsi, poliklinika, restoran və eyni zamanda qonaqların qaldığı otaqlar yerləşir.
2-ci korpus (yaxşılaşdırılmış) 1-ci korpusun yaxınlığında yerləşir. Korpusun özü və burada yerləşən otaqlar daha da geniş, rahat və komfortludur.
3-cü və 4-cü korpus (VİP) 24 otaqdan ibarət olan və ayrıca yerləşən yüksək komfortlu kompleksdir.


        “Qaşaltı”  ( “Naftalan hotel by Rixos” ) sanatoriyası öz  qonaqlarına  yüksək  səviyyəli xidmət və Avropa servisi ilə yanaşı, həm də unikalnaftalan nefti ilə müalicə üzrə geniş proqram təklif edir. Kompleks Naftalanın  son  dərəcə  gözəl  təbiətinin  tam  ürəyində,  xüsusi  Naftalan sanatoriya  zonasında yerləşir.  Sanatoriya öz mövcudluğuna görə Azərbaycanda turizm və sanatoriya fəaliyyətinin inkişafı üzrə Dövlət proqramına borcludur.
        Sanatoriyada qonaqlar üçün rahat standart otaqlar və bir neçə lyuks apartamentlər vardır. Otel qonaqların keyfiyyətli müalicəsi ilə yanaşı, həm də maraqlı istirahəti təmin edir. Sanatoriyanın əyləncə korpusunda müasir 3D kinoteatr, bilyard və boulinq zalı və hətta müxtəlif oyun avtomatları zalı belə vardır. Ərazidə ən müasir trenajorlarla, həmçinin dayaq hərəkət aparatının normal fəaliyyətinin bərpası üçün tibbi avadanlıqla təchiz olunmuş fitnes və idman zalı fəaliyyət göstərir. Sanatoriyada mini futbol, basketbol və voleybol meydançaları da vardır. 5 nəfərdən artıq qruplar üçün həm standart kateqoriyalı rahat kotteclər,həm də lyuks kotteclər təklif edə bilərik. Təklif olunan hər bir yerləşmə variantında mini bar, kabel televiziyası, beynəlxalq telefon şəbəkəsi, internet, kondisioner vardır. Bütün otaqlar 5 ulduzlu otellerdə yerləşdirilmə üzrə mövcud olan beynəlxalq tələblərə cavab verir. 6 yaşından kiçik olan uşaqlara icazə verilmir.
      Naftalan sanatoriyası 4 korpusdan ibarətdir və eyni vaxtda 200 nəfərə qədər qonaq qəbul edə bilər. Mərkəzin üç korpusunda adi 1 otaqlı nömrələr və habelə lyuks nkateqoriyalı 3-4 nəfərlik 2 otaqlı nömrələr də vardır.
      "Ayan Palace"  Respublikamızın Tovuz rayonunda yerləşən otel. İnşasına 2008-ci ilin martında başlanılan otel Tovuz rayonunda ən böyük turizm layihəsidir. 
“Ayan Palace” zirzəmi qatından, beş mərtəbədən və mansarddan ibarətdir. Otelin ərazisində kompleks abadlaşdırma işləri aparılmış, müxtəlif dekorativ ağac və kollar əkilmiş, yaşıllıq zolaqları salınmışdır. 
 “Ayan Palace” otelində 65 nömrə vardır. Nömrələr otelin 1-5-ci mərtəbələrində yerləşir və ən yüksək standartlara cavab verir. Prezident nömrəsi isə üçüncü mərtəbədə yerləşir.
      Gədəbəydə mərkəzində yerləşən  Göyçə, Narzan, Şirxan, Bala Narzan, Vahid, Qoşabulaq, Novosaratovka istirahət mərkəzlərində gecələmək mümkündür. 
 Leyla Hüseynli

əlaqə: leylahuseynli@yahoo.com

Silikon Vadisi 🍀

                            

                                                         Silikon Vadisi


     ⧬  Şimali Kaliforniyada (ABŞ) San-Fransisko ilə San-Xose arasındakı yerin adıdır. Hesablama texnikasının inkişafına önəmli təsir etmiş bir çox kompüter firmaları burada yerləşir. 

    ⧬  Dünyanın ən nəhəng texnoloji mərkəzi.  İlk dəfə bu anlayış 11 yanvar 1971-ci il tarixində jurnalist Don Heflerin "ABŞ-ın Silikon Vadisi" adlı məqalələr seriyası dərc olunanda yaranıb. "Silikon Vadisi"nin tərkibinə 7 minə yaxın şirkət daxildir. Onların arasında dünya şöhrətli "Adobe Systems", "Advanced Micro Devices" (AMD), "Apple Inc.", "Cisco Systems", "Dolby Laboratories Inc.", "eBay", "Google", "Hewlett-Packard", "Intel", "Oracle Corporation", "Sun Microsystems", "Symantec", "Yahoo!" və s. şirkətləri var. Onların burada cəmləşməsindən əvvəl San-Fransisko yarımadasının cənub hissəsindəki bu mənzərəli ərazi "Ürəklərin heyran olduğu vadi" adlanırdı.
   ⧬ Şimali Kaliforniyadakı həmin ərazi dünyaya "qarajda başlanğıc" anlayışını da bəxş edib. Stenford Universitetinin tələbələri Uilyam Hülett və Devid Pakkardın özlərinin kiçik bizneslərini başladıqları Palo-Alto şəhərciyindəki tanınmış qaraj hazırda milli görkəmli bir yerə çevrilib. Hewlett-Packard-ın (HP) 60-cı illərin əvvəlinə kimi yarımkeçiricilər istehsal etmədiyinə baxmayaraq Silikon Vadisinin ilk şirkəti məhz HP hesab olunur. Bacarıqlı və təşəbbüskar tələbələrin müəllimi, Mühəndis fakültəsinin dekanı Frederik Emmons Terman Silikon Vadisinin "atası" hesab olunur. Hazırda iri İT-şirkətlərin kiçik vətənlərinə çevrilmiş Stenford sənaye parkının yaradılmasının təşəbbüskarı məhz F. Emmons Terman olub.


   ⧬  Bu gün ABŞ-ın milyardlarla dollarlıq bütün vençur kapitalının üçdə bir hissəsi məhz Silikon Vadisində cəmləşir. ABŞ-da ən yüksək orta gəlir buradadır - ildə təxminən 145 min dollar. Vadidə yüksək texnologiyalar sahəsinin 300-400 min mütəxəssisi çalışır. Bura ABŞ-da ən yüksək texnoloji sahə alimlərinin cəmləşdiyi yerdir. Bu vadini müasir texnoparkların modeli kimi də xarakterizə etmək olar. 


    
  ⧬ Hazırda vadidə 2,5 milyon nəfər insan yaşayır və fəaliyyət göstərir. Onların 34 faizi əcnəbidir; vadidə yaşayan hər bir əməkdaş öz şirkətinə ümumilikdə il ərzində 200 min ABŞ dolları qazandırır; vadidə yaşayanların yalnız 43 faizi ali təhsillidir; burada əməkdaşların orta illik əmək haqqı 70-80 min ABŞ dollarıdır.

 Leyla Hüseynli

əlaqə: leylahuseynli@yahoo.com

Silikon Vadisi 🍀

                                                                                       Silikon Vadi si       ⧬  Şimali Kaliforniyad...