Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda piknik yerləri.

            Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda piknik yerləri. 


      Təbii rekreasiya resursları, saf iqlim, mənzərəli dağ-meşə landşaftı, müalicə əhəmiyyətli mineral sular beynəlxalq əhəmiyyətli istirahət-müalicə müəssisələrinin yaradılmasına imkan verir. Dəniz səviyyəsindən 1566 m, yüksəklikdə Göygöl və Hacıkənd istirahət guşələri yerləşir. Gədəbəyin ən baxımlı və turizm üçün əlverişli yerlərdən biri Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Bura əsl yerüstü etnik muzeydir. Tarixi böyük, taleyi maraqlıdır. XIX əsrin ortalarında almanlar bu yerlərə gəlib çıxıblar. 1849-cu ildə bu yerlərdə filiz yataqları kəşf edilib.


      Tovuz şəhərində Almanların icması yaşayan evlər, Çaxır Zavodu və onlar tərəfindən istirahət üçün salınmış park, H.Əliyev seyrangahı, şəlalələr, Şəmşəddil qalası, Tovuz şəhərindən 12 km aralı Kür çayının kənarında olan ən qədim yaşayış yeri “Torpaq qala” III-VI əsr turistlər üçün maraqlı ola bilər.

      Bölgəyə gələn turistlər piknik məqsədi ilə Daşkəsən, Gədəbəy, Göygöl və sairə kimi zəngin landşafta malik ərazilərə üz tutular. Daşkəsəndə Zilvən kəndi, Göygöl yaylağı, Camadaşı yaylağı, Uzungüney yaylağı, Qocadərəsi yaylağı, Alaxançallı kəndi, Zincirli yaylağı, Turşsu seyrəngahı, Dəli alının yurdu yaylağı, Qoşqar yaylağı, Xoşbulaq yaylağı, Qabaqtəpə yaylağı, Astaf kəndi ərazilərində piknik üçün münasib yerlər vardır. 
 Leyla Hüseynli

əlaqə: leylahuseynli@yahoo.com

Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun istirahət yerləri.

       Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun istirahət yerləri



     Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda otellər ilə yanaşı turistlərin istirahətini və vaxtlarını səmərəli keçirmək üçün bir sıra istirahət mərkəzləri də fəaliyyət göstərir. Gəncə-Qazax iqtisadi-coğrafi rayonu ərazisində yerləşən restoranlarda müxtəlif çeşidli yeməklər təqdim olunur. Onlar qonaqlar üçün müxtəlif stollardan və ya otaqlardan ibarət olur. Restoranlar həm də arxitektur görünüşünə, həm də interyerinə görə fərqlənirlər.
      Regionda yerləşən restoranlarda milli mətbəxə daha çox önəm verilmişdir. Xüsusən hər rayonun özünə məxsus yeməkləri qonaqlara təqdim edilir. Hər rayonda müxtəlif sayda və adda restoran yerləşir.

P Gədəbəydə ➽ Laçın, Təbriz, Fərhad, Narzan
P Tovuzda  ➽ Abidoğlular, Dastan, Anar, Uğur, Aysu
P Qazaxda ➽  Palıd, Göyəzən, Koroğlu, Şahin, Qafqaz, Elit, Nərgiz, Elsevər, Aysel,      Qarabağ, Çənlibel
P Ağstafada  ➽ Həsənsu, Səda, Turist, İncəgül, Göyçə, Tural, Karvan, Poylu,    Bənövşə, Dəli Kür, Tutbağı
P Göygöldə  ➽ Araz, 101, Titanik, Muraz, Göygöl, Cənnətməkan, Gəncə qalası
P Şəmkirdə ➽  Murov dağ, Xan Saray, Efes-1  
P Samuxda ➽  Min bir gecə, Qoşqar, Qafqaz, Kür
P Daşkəsəndə  ➽ Ağ baba, Qoşqar, Baxar, Narzan 
P Gəncədə  ➽ Elnur, Qaya, Kür, Xəzər, Kəpəz, Gənclik, Göygöl, Zolotoy
P Goranboyda ➽ Bahar restoranları yerləşir.  [Guidebook Azerbaijan ]

       
    Goranboy rayonu ərazisində “Gülüstan” ərazisində istirahət turist bazası yaradılması üzrə tədbirlər həyata keçirilir. Tovuz rayonunda “Azərbaycan” adlı istirahət mərkəzi fəaliyyət göstərir.  1936 da Hacıkənd turist evi və Göygöl turist düşərgəsi yaradılmışdır. Göygöl turist bazası 1960 cı ildə, Hacıkənd turist bazası 1962-ci ildə yardılmışdır. Naftalan Gəncə turist bürosu 1967 ci ildə yaradılmışdır. Hal-hazırda Chinar Hotel & SPA Naftalan rahat və komfortlu beş ulduzlu otel olmaqla yanaşı, həm də texnikanın son nailiyyətləri ilə təchiz olunmuş müalicəvi sanatoriyadır. Burada Sizə naftalan neftinin köməyi ilə bir çox xəstəliklərdən xilas olma və ən müasir sağlamlaşdırma üsulları təklif ediləcəkdir. 


     60-cı illərdə Gəncə şəhərindən 30 km  aralıqda 300 yerlik Hacıkənd istirahət evi və 200 yerlik turbaza yaradılmışdır. Buradakı yerlərin təbiət gözəlliyi, Göygöl, Maralgöl, Ağgöl kimi dağ göllərinin mövcudluğu turist cəlb edilməsində aparıcı rola malikdir. 

Gəncə-Qazax iqtisadi-coğrafi rayonu mehmanxanaları

      Gəncə-Qazax iqtisadi-coğrafi rayonu mehmanxanaları

    Gəncədə Kəpəz, Gəncə, Luks, Qızılgül, Planet, Emon otel, El otel, Ramada plaza, Karvansaray, My way mehmanxanaları fəaliyyət göstərir. Goranboyda Goranboy otel, Naftalanda Naftalan sanatoriya mərkəzi, Çinar sanatoriya həm istirahət yeri həmdə yerləşmə müəssisəsi kimi fəaliyyət göstərir. Göygöl rayonunda Koroğlu, Cənnət məkan, Qoşqar, Kəpəz, Helenendorf və Göygöl otelləri, Daşkəsən şəhəri mərkəzində otel, Gədəbəy rayonu mərkəzində otel, Göyçə, Narzan, Şirxan, Bala Narzan, Vahid, Qoşabulaq, Novosaratovka, Eldorado otelləri yerləşir. Qazax rayonunda isə 2 otel biri Qazax-Tbilisi yolu üzərində yerləşir, digəri isə Qazax şəhərinin mərkəzində yerləşən qonaq evidir.
      Gəncə otel 1959 cu ildə fəaliyyətə başlamışdır. Gəncə oteli Gəncə şəhər hava limanından 20 dəqiqəlik məsafədə, Gəncə şəhər Dəmir yolu vağzalından 15 dəqiqəlik məsafədə, Heydər Əliyev prospektində yerləşir.
 
Otel Gəncə şəhərinin məşhur Xan bağının yaxınlığındadır. 3 ulduzlu otel olub dörd mərtəbə, 80 nömrədən ibarətdir. Bunlardan ikisi apartment, 10 “Deluxe” (luks) dərəcəlidir. Hər bir nöm­rədə kondisio­ner, soyuducu, peyk televiziya ötürücüsü, vanna otağı, fen, mini-bar, internet və beynəlxalq rəbitə sistemləri vardır.
      Emon oteli 2008 ci ildə fəaliyyətə başlamışdır. Otel Şah İsmayıl Xətai prospekti ilə Fikrət Əmirov küşəsinin kəsişməsində yerləşir.  
İnfrastrukturu, 4 ulduzlu, ürəkaçan üs­lubda inşa edilmiş,4 mərtəbəli, 36 nöm­rəlidir. Bunlardan 3 “Deluxe" (lüks), 2 "King suite" (kral lüks) dərəcəlidir. Uşaqla qa­lan ailələr üçün xüsusi 3 çarpayılı otaqlar vardır. Hər bir nömrədə fərdi kondisioner, soyuducu, peyk televiziya ötürücüsü, vanna otağı, mini-bar, internet və beynəlxalq rabitə sistemləri yerləşir.
      Ramada plaza 2010 cu ildə fəaliyyətə başlamış otel Gəncə şəhəri, Nizami küçəsi 237 ünvanında Gəncə şəhərinin müasir ticarət və əyləncə mərkəzlərinin göbəyində, beynəlxalq hava limanından 10 km məsafədə yerləşir.



      Otel infrastrukturuna gəldikdə isə Gəncə şəhərinin qərb girəcəyində yerləşən, Gəncə-Qazax magistral yolunun üstündə, ae­roporta yaxın yüksək səviyyəli, gözəl görü­nüşlü 5 ulduzlu otel­dir. Otelin həyətində 2 mərtəbəli kotteclər də qonaqların ix­tiyarına verilmişdir. Bu kotteclərdə ailəvi və ev heyvanları ilə birgə qalmaq mümkündür. Uşaqların əylənməsi, istirahət etməsi üçün də hər bir imkan vardır.
     El hotel 2007 ci ildə fəaliyyətə başlamışdır. Otel Gəncə şəhəri, Ü. Hacıbəyov küçəsi, 126 ünvanında yerləşir. Otel infrastrukturu; Gəncə şəhərinin şərq tərəfində yerləşən, Gəncə-Samux magistral yolunun üstündə, şəhərin mərkəzinə yaxın, müasir, idman-sağlamlıq mərkəzi və istirahət bağı olan oteldir. Otelin 1, 2, 3 nəfərlik otaq və 4 nəfərlik villa binası qonaqların ixtiyarına verilmişdir. Bu nömrələr 1, 2 otaqlı, vil­la isə 3 otaqlıdır və hər biri tam təchiz olunmuşdur. Uşaqların əylənməsi, istirahət etməsi üçün həyətdə müxtəlif nağıl qəhrəmanlarının  heykəl və maketləri ilə yanaşı, baş­qa digər imkanlar da yaradılmışdır.
       Karvansaray otel 1995 ci ildə fəaliyyətə başlamışdır. Otel Gəncə şəhəri, Yevlax şossesi, 1-ci kilometrliyində yerləşir.
 Otelin infrastrukturu, 4 ulduzlu hotel Gəncə darvazalarının as­tanasında yerləşir. Buradan şəhərin mərkəzinə 2 km, dəmiryol vağzalına 5 km, təyyarə limanına 17 km, göllərinin şahı "Göygöl"ə 25 km-dir. Otel 3 mərtəbəli 25 otaqlıdır. 23 lyüks nömrə, adi nömrələr yüksək zövq və dizaynla qurulmuşdur. Oteldə lift, fəsilə uyğun mərkəzləşmiş istilik və soyutma sistemi mövcuddur. İnfrastrukturu, qeydiyyat dayağı olan vestibül, seyf, biznes mərkəzi, konfransların keçirilməsi üçün şərait, restoran, telefon, beynəlxalq telefon xətti, internetə çıxış, açıq və qapalı hovuz, avtomobil dayanacağı var. Qonaqlar üçün səhər yeməyi , sauna, infra qırmızı lampalı kabinə, açıq və qapalı hovuz xidməti  ödənişsizdir. 70 nəfərlik restoran milli və Avropa yeməkləri ilə qonaqların zövqünü oxşayır. Otelimizin həyətində yay  mövsümünə uyğun yaşıl örtüklü istirahət guşəsi vardır .
      Bundan başqa Gəncə şəhərində “Planet”, “Kəpəz”, “Lyuks”, “Vətən”, “QızılGül” otel, mehmanxana və qonaq evləri də fəaliyyət göstərir. Evlərdə yerləşdirmə xidməti ilə məşğul olan kiçik müəssisələr və firmalarında xirmətindən yararlanmaq mümkündür.  [M.Abadov “Azərbaycan turizmi və onun inkişaf problemləri”, səh 218]
      Gədəbəy rayonunda yerləşən Eldarado oteli dağ turizm mərkəzi Kiçik Qafqaz dağlarının ətəyində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir.
 
Gədəbəydə qədim tarixə malik Qız Qalası və Koroğlu qalası, minillər öncə kommunikasiya vasitəsi kimi istifadə olunan qalaçalar, Azərbaycanda tikilmiş ilk dəmir yolu, Siemens və Nobel qardaşlarından yadigar mis, qızıl mədənləri və alman memarlıq ənənələri ilə tikilmiş körpülər, kilsələr mövcuddur.
          Naftalan şəhərində Çinar sanatoriyası hələ SSRİ dövründə şöhrət qazanmışdır. Hal-hazırda bura müasir otel kompleksidir. Chinar Hotel & SPA Naftalan Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə şəhərinin yaxınlığında yerləşir. Təmiz havaya və ideal ekologiyaya sahib olan bu gözəl yer şam ağacları parkı ilə əhatə olunub. Burada bütün ailə ilə birgə çox gözəl istirahət etməklə yanaşı, həm də sağlamlığı qaydaya salmaq mümkündür.
Chinar Hotel & SPA Naftalanda əsl peşəkarlar çalışır və onların əsas vəzifəsi turistlərin istirahətini son dərəcə gözəl, asudə vaxtını isə unudulmaz etməkdir. Həmçinin burada gözəl incəsənət əsərləri kolleksiyası və müasir interyer dizaynının əsl şah əsərlərini tapacaqsınız. Onlar gözəlliyə əsl qiymət verənlər üçün çalışırlar. Chinar Hotel & SPA Naftalanın əsas üstünlüyü, onun 70-dən artıq xəstəlik növünün müalicəsi üçün geniş müalicə proqramına sahib olmasıdır. Tibbi mütəxəssislər müalicəvi naftalan vannalarından istifadə edərək unikal texnologiya tətbiq edirlər.
1-ci korpus əsas korpusdur. Burada mərkəzin müdiriyyəti, müalicə şöbəsi, poliklinika, restoran və eyni zamanda qonaqların qaldığı otaqlar yerləşir.
2-ci korpus (yaxşılaşdırılmış) 1-ci korpusun yaxınlığında yerləşir. Korpusun özü və burada yerləşən otaqlar daha da geniş, rahat və komfortludur.
3-cü və 4-cü korpus (VİP) 24 otaqdan ibarət olan və ayrıca yerləşən yüksək komfortlu kompleksdir.


        “Qaşaltı”  ( “Naftalan hotel by Rixos” ) sanatoriyası öz  qonaqlarına  yüksək  səviyyəli xidmət və Avropa servisi ilə yanaşı, həm də unikalnaftalan nefti ilə müalicə üzrə geniş proqram təklif edir. Kompleks Naftalanın  son  dərəcə  gözəl  təbiətinin  tam  ürəyində,  xüsusi  Naftalan sanatoriya  zonasında yerləşir.  Sanatoriya öz mövcudluğuna görə Azərbaycanda turizm və sanatoriya fəaliyyətinin inkişafı üzrə Dövlət proqramına borcludur.
        Sanatoriyada qonaqlar üçün rahat standart otaqlar və bir neçə lyuks apartamentlər vardır. Otel qonaqların keyfiyyətli müalicəsi ilə yanaşı, həm də maraqlı istirahəti təmin edir. Sanatoriyanın əyləncə korpusunda müasir 3D kinoteatr, bilyard və boulinq zalı və hətta müxtəlif oyun avtomatları zalı belə vardır. Ərazidə ən müasir trenajorlarla, həmçinin dayaq hərəkət aparatının normal fəaliyyətinin bərpası üçün tibbi avadanlıqla təchiz olunmuş fitnes və idman zalı fəaliyyət göstərir. Sanatoriyada mini futbol, basketbol və voleybol meydançaları da vardır. 5 nəfərdən artıq qruplar üçün həm standart kateqoriyalı rahat kotteclər,həm də lyuks kotteclər təklif edə bilərik. Təklif olunan hər bir yerləşmə variantında mini bar, kabel televiziyası, beynəlxalq telefon şəbəkəsi, internet, kondisioner vardır. Bütün otaqlar 5 ulduzlu otellerdə yerləşdirilmə üzrə mövcud olan beynəlxalq tələblərə cavab verir. 6 yaşından kiçik olan uşaqlara icazə verilmir.
      Naftalan sanatoriyası 4 korpusdan ibarətdir və eyni vaxtda 200 nəfərə qədər qonaq qəbul edə bilər. Mərkəzin üç korpusunda adi 1 otaqlı nömrələr və habelə lyuks nkateqoriyalı 3-4 nəfərlik 2 otaqlı nömrələr də vardır.
      "Ayan Palace"  Respublikamızın Tovuz rayonunda yerləşən otel. İnşasına 2008-ci ilin martında başlanılan otel Tovuz rayonunda ən böyük turizm layihəsidir. 
“Ayan Palace” zirzəmi qatından, beş mərtəbədən və mansarddan ibarətdir. Otelin ərazisində kompleks abadlaşdırma işləri aparılmış, müxtəlif dekorativ ağac və kollar əkilmiş, yaşıllıq zolaqları salınmışdır. 
 “Ayan Palace” otelində 65 nömrə vardır. Nömrələr otelin 1-5-ci mərtəbələrində yerləşir və ən yüksək standartlara cavab verir. Prezident nömrəsi isə üçüncü mərtəbədə yerləşir.
      Gədəbəydə mərkəzində yerləşən  Göyçə, Narzan, Şirxan, Bala Narzan, Vahid, Qoşabulaq, Novosaratovka istirahət mərkəzlərində gecələmək mümkündür. 
 Leyla Hüseynli

əlaqə: leylahuseynli@yahoo.com

Silikon Vadisi 🍀

                            

                                                         Silikon Vadisi


     ⧬  Şimali Kaliforniyada (ABŞ) San-Fransisko ilə San-Xose arasındakı yerin adıdır. Hesablama texnikasının inkişafına önəmli təsir etmiş bir çox kompüter firmaları burada yerləşir. 

    ⧬  Dünyanın ən nəhəng texnoloji mərkəzi.  İlk dəfə bu anlayış 11 yanvar 1971-ci il tarixində jurnalist Don Heflerin "ABŞ-ın Silikon Vadisi" adlı məqalələr seriyası dərc olunanda yaranıb. "Silikon Vadisi"nin tərkibinə 7 minə yaxın şirkət daxildir. Onların arasında dünya şöhrətli "Adobe Systems", "Advanced Micro Devices" (AMD), "Apple Inc.", "Cisco Systems", "Dolby Laboratories Inc.", "eBay", "Google", "Hewlett-Packard", "Intel", "Oracle Corporation", "Sun Microsystems", "Symantec", "Yahoo!" və s. şirkətləri var. Onların burada cəmləşməsindən əvvəl San-Fransisko yarımadasının cənub hissəsindəki bu mənzərəli ərazi "Ürəklərin heyran olduğu vadi" adlanırdı.
   ⧬ Şimali Kaliforniyadakı həmin ərazi dünyaya "qarajda başlanğıc" anlayışını da bəxş edib. Stenford Universitetinin tələbələri Uilyam Hülett və Devid Pakkardın özlərinin kiçik bizneslərini başladıqları Palo-Alto şəhərciyindəki tanınmış qaraj hazırda milli görkəmli bir yerə çevrilib. Hewlett-Packard-ın (HP) 60-cı illərin əvvəlinə kimi yarımkeçiricilər istehsal etmədiyinə baxmayaraq Silikon Vadisinin ilk şirkəti məhz HP hesab olunur. Bacarıqlı və təşəbbüskar tələbələrin müəllimi, Mühəndis fakültəsinin dekanı Frederik Emmons Terman Silikon Vadisinin "atası" hesab olunur. Hazırda iri İT-şirkətlərin kiçik vətənlərinə çevrilmiş Stenford sənaye parkının yaradılmasının təşəbbüskarı məhz F. Emmons Terman olub.


   ⧬  Bu gün ABŞ-ın milyardlarla dollarlıq bütün vençur kapitalının üçdə bir hissəsi məhz Silikon Vadisində cəmləşir. ABŞ-da ən yüksək orta gəlir buradadır - ildə təxminən 145 min dollar. Vadidə yüksək texnologiyalar sahəsinin 300-400 min mütəxəssisi çalışır. Bura ABŞ-da ən yüksək texnoloji sahə alimlərinin cəmləşdiyi yerdir. Bu vadini müasir texnoparkların modeli kimi də xarakterizə etmək olar. 


    
  ⧬ Hazırda vadidə 2,5 milyon nəfər insan yaşayır və fəaliyyət göstərir. Onların 34 faizi əcnəbidir; vadidə yaşayan hər bir əməkdaş öz şirkətinə ümumilikdə il ərzində 200 min ABŞ dolları qazandırır; vadidə yaşayanların yalnız 43 faizi ali təhsillidir; burada əməkdaşların orta illik əmək haqqı 70-80 min ABŞ dollarıdır.

 Leyla Hüseynli

əlaqə: leylahuseynli@yahoo.com

Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda kənd turizmi.

             Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda kənd turizmi. 


Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair “Dövlət Proqramı” təsdiq edildikdən sonra turizmin ölkə iqtisadiyyatının qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevrilməsi üçün əlverişli şərait yaradır. Dövlət Proqramında kənd turizminin  (yaşıl turizm) inkişaf edilməsi və perspektivlərinin müəyyən edilməsi də ön plana çəkilmiş, yeni obyektlərin bu sahəyə cəlb edilməsinin sürətləndirilməsi yolları göstərilmişdir.
      Gəncə-Qazax bölgəsində kənd turizmi üçün əlverişli olan yaşayış məntəqələri əsasən dağlıq və dağətəyi bölgələrdə cəmlənib. Kənd turizmi üçün əlverişli olan bölgələrə Göygöl, Daşkəsən, Gədəbəy, Goranboy rayonlarını qeyd etmək olar. Bununda səbəbi həmin bölgələrdə landşaft ekzotikliyi ilə seçilən təbii zənginliklərin olması və yaşayış məntəqələrinin özünəməxsus adət-ənənələrinin olmasıdır. Kənd yaşıl turizminin inkişaf et­diyi bölgələrdə əhalinin əsas üstünlük verdikləri təbii zənginlik­lərə daha çox meşə landşaftının, çayların olması, həmçinin daxili turizm bazarında ondan istifadə imkanları ilə bağlıdır.
       Bölgələrdə təklif olunan kənd turizm xidmətlərinə daxil olan əsas komponentlərdə əsasən təbiətlə bağlı olur. Buna görə də təklif olunan kənd turizm xidmətlərinin cəmi az olmaqla daxili turizmə istiqamətlənmiş olur. Daxili turizm bazarında kənd turizm seqmentinin formalaşmasıda qeyd olunan xidmətlərlə birbaşa bağlıdır. Regionun dağlıq və dağ ətəyi bölgələrdə mövcud olan kənd yaşayış məntəqələrinin əhalinin daxili turizm tələbatında kənd turizmdə mövcud xidmətlərin cəmi deyil həmin ərazinin ekoloji imkanları maraqlıdır. Qeyd olunanları nəzərə alaraq kənd turizm üçün seçilən yaşayış məntəqələrin xüsusiyyətlərində nəzərə alınan amilləri və istehlakçıların qiymətləndirilməsi səviyyəsinə daxil edilir:
S Təbii ekzotik landşaftın olması;
S Yay aylarının sərin keçməsi;
S Sututar və ya çayların olması;
S Qısa müddətli ekskursiyaların keçirilməsi imkanları;
S Ekoloji turların təşkili imkanları.
       Bu amillər kənd turizmini seçən turistlərin əsas maraq dairəsinə daxil olan təbii xüsusiyyətlərə aid edilir. Bölgənin kənd turizmi ilə əlaqəli təklif etdiyi xidmətlərin əksəriyyəti təbiətlə bağ­lı olmaqla yanaşı daha çox daxili turizm bazarına istiqamətlənmiş olur. Bu baxımdan Gəncə-Qazax bölgəsində kənd turizminin inkişafına təkan verən amilləri aşağıdakı kimi  qruplaşdırmaq mümkündür:  
S Ekoloji turizm baxımından əlverişli olması;
S Bölgədə olan turizm və istirahət mərkəzlərinin əksəriyyəti­nin dağlıq və dağ ətəyi bölgələrdə cəmlənməsi;
S İstirahət mərkəzlərinin təşkil etdiyi xidmətlərdən kənd turizmdə istifadə olunması imkanlarının mövcudluğu;
S İstirahət mərkəzlərinin yaxınlığında yerləşən yaşayış mən­təqələrinin turizm-rekreasiya zonalarına aid edilməsi həmin yaşayış məntəqəsinin reklamında əhəmiyyətli rol oynayır.
      Göygöl rayonu. Rayonda kənd turizminin inkişafı üçün əlverişli olan yaşayış məntəqələrinə Hacıkənd, Çaykənd, Aşağı Zurnabad, Toğanalı, Zurnabad və 10-a yaxın kən­di qeyd etmək olar. Qeyd olunan yaşayış məntəqələrində kənd turizmin inkişafına təkan verən zəngin ekzotik landşaft və milli irs nümunələri mövcuddur. Bu yaşayış məntəqələrinə kənd turizm məqsədi ilə gələn turistlərin sayı qeyri rəsmi məlumata görə yay turizm mövsümündə Hacıkəndə 2000, Çaykəndə 1200 nəfərə qədər, digər yaşayış məntəqələrinə isə birlikdə 1000-1500 nəfər turist müraciət edir. Qeyd olunan kənd yaşayış məntəqələrində evlərin kirayə qiyməti bir gün üçün 15-25 manat arasında dəyişir ki, bu da bölgədə mövcud olan istirahət obyektlərinin qiymətindən 2 dəfə aşağıdır.
       Gədəbəy rayonu. Bölgədə ən çox turist cəlb edən ərazilərdən sayılır. Zəngin təbii ekzotik landşafta, tarixi-memarlıq abidə­lərinə malikdir. Bölgədə kənd turizminin inkişafı üçün 15-dən çox yaşayış məntəqəsi olsa da, bunlardan yalnız Slavyanka, Novosaratovka, Qalakənd  yaşayış məntəqələrində kənd turizmində istifadə olunur. Bununla yanaşı Gədəbəy şəhəri mərkəzinə gələn turistlərin əksəriyyəti yaşayış fondlarından istifadə edirlər. Gədəbəy rayonunda kənd turizm potensialı çox olsa da, bölgədə infrastrukturun zəif inkişafı, tələbat rayonundan uzaqda yerləşməsi ondan səmərəli istifadəyə imkan vermir.
      Daşkəsən rayonu. Daşkəsəndə ekoloji, istirahət və kənd turizm növləri inkişaf etmişdir. Turizm infrasturkturu zəif inkişaf etmişdir ki, buna da misal olaraq qeyd edək ki, yerləşmə müəssisələrində yerlərin sayı 216-a çatır. Bölgədə kənd turizminin inkişafı üçün ekzotik landşaftı ilə seçilən yaşayış məntəqələrinin sayı 10-a yaxın olsa da, bunlardan yalnız Xoşbulaq, Təzəkənd və Astaf kəndlərində turistlərə evlərin kirayəyə verilməsinə rast gəlinir. Rayonda sosial infrastrukturun bərpası, xüsusilə dağ kəndlərinə gedən yolların bərpası kənd turizminin inkişafına təkan verə bilər.

      Ümumilikdə Gəncə-Qazax bölgəsində kənd turizminin inki­şafı üçün əlverişli şəraitin olması, alternativ turizm növü kimi re­gionun iqtisadi inkişafında mühüm rol oynaya bilər. Bu baxımdan regionun kənd turizminin inkişafı üçün önündəki fürsət və im­kanları qiymətləndirmək üçün SWOT təhlilin aparılmasın məqsə­dəuyğun hesab edirik. 

Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda ekoloji turizm.

                     Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda ekoloji turizm.


      Təbiət turizminin bir forması kimi ətraf mühitə qayğı ilə bağlı turizm növüdür. Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda təbii şəraitə, ətraf mühitə və son nəticədə turizmin inkişafına təsir göstərə biləcək torpaq-ekoloji problemlərə qısaca nəzər salsaq görərik ki, torpaq münbitlik xassəsinə malik olmaqla kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi çıxış edir. Torpaqdan istehsal vasitəsi kimi istifadə etməklə, insan onun xassələrinə, rejimlərinə və münbitliyinə, həmçinin torpaqəmələgəlməni müəyyən edən təbii amillərə bilavasitə təsir göstərir və torpaqəmələgəlməni əhəmiyyətli dərəcədə dəyişir. Nəticə etibarı ilə, torpaq təkcə insan əməyinin tətbiq predmeti deyil, eyni zamanda da bu əməyin məhsuluna çevrilir. 
      Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda xüsusilə dağlıq ərazilərində ekoturizmin inkişafına stimul verən amillərdən biri də meşələrdir. Son illər ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin  qorunması və turizmin inkişafı ilə bağlı qəbul olunmuş dövlər proqramları, layihələr və sərəncamlar meşələrin əhəmiyyətini bir daha təsdiqləyir. Buna misal olaraq ölkədə Milli Parkların sayının artırılmasını, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı’’, “2006-2010-cu illərdə Azərbaycan Respublika­sında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbir­lər planı”, “Azərbaycan Respublikasmda biomüxtəlifliyin qorun­ması və davamlı istifadə edilməsi sahəsində Milli Strategiya və fəaliyyət planı” və s. misal göstərmək olar.

      Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda 1 milli park, 3 qoruq, 1 yasaqlıq vardır. Bunlar Göygöl MP sahəsi  12 755 hektardır. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Milli park içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır.

Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda xalçaçılıq.

      Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda xalçaçılıq. 

Gəncə xalçaçılıq məktəbi Gəncə şəhəri və onun ətraf kəndlərini, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edir. Bu məktəbin mərkəzi Gəncə şəhəridir. Qədim şəhərlərdən olan Gəncə Azərbaycanın şimal qərbində yerləşir. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarını istehsal mərkəzi kimi tanınmışdır. Əsrlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olmuşdur. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına müsbət təsir göstərmişdir.
      Gəncə xalça məktəbinə "Gəncə", "Qədim Gəncə", "Gölkənd", "Fəxralı", "Çaykənd", "Çaylı", "Şadılı", "Çıraqlı", "Samux" və s. kompozisiyalar daxildir. Gəncə qrupuna daxil olan "Fəxralı" namazlıq xalçası öz yüksək bədii xüsusiyyətinə, toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.
      Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir.
      Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir. Qazax qrupuna, "Şıxlı", "Borçalı", "Qaymaqlı", "Qaraqoyunlu", "Qarayazı", "Qaraçöp", "Qaçağan", "Dağkəsəmən", "Dəmirçilər", "Kəmərli", "Göyçəli", "Salahlı" və s. çeşidli xalçalar daxildir. Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə - Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmiş, XV əsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Elçilər" tablolarında bu xalçaların təsviri verilmişdir.

                                               

Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun dini inanc yerləri.

      Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun dini inanc yerləri. 

Ağstafa rayonu Tat­lı kəndində alban məbədi (ilk orta əsrlər). Kolxələfli, Qarahəsən, Dağ Kəsəmən, Qıraq Kəsəmən kəndlərində XIX əsrə aid məscidlər. Poylu kəndində türbələr kompleksi (XIX əsr). Bundan başqa Qafqaz Albaniyası kilsəsi kimi tikilmiş Keşiş dağ məbədi də Ağstafada yerləşir. Göygöl rayonu Göygöl şəhərində Lüteran kil­səsi (1854), Ağ körpü (XII əsr), İki göz körpü (XVI əsr). Dozular kəndi yaxınlığında körpü (XVI əsr).
       Gədəbəy rayonu,  Böyük Qaramurad kəndində 1634 cü ilə məxsus məbəd Son tunc-ilk dəmir dövrünə aiddir. Göygöl şəhərində 1854-cü ildə tikilmiş "Lüteran" adlanan alman kilsəsi, keçmiş Sarıqaya kəndində XVI əsrə aid Türbə, Şəhriyar kəndində 1674-cü ildə tikilmiş Qabriyel kilsəsi, Çaykənd kəndində tarixi məlum olmayan Anahid məbədi və Müqəddəs Məryəm kilsəsi, Yeni-Zod kəndindən 300 m məsafədə Alban kilsəsi, 3 km məsafədə Alban məbədi.       
      Gədəbəy rayonun Novosaratovka kəndində məbəd (1535), Dikdaş kəndi ərazisində (Bayram dərəsində) alban kilsəsi və Həmşivəng məbədiSəbətkeçməz kəndində üç körpü (19 cu əsr) və s. qalmışdır. Rayonun zəngin tarix-memarlıq irsinin ən mühüm nümunələrindən biri Mahrasa-Ay məbədidir. Mahrasa məbədi Gədəbədən 8-9 km, onun Söyüdlü kəndindən isə 7-10 km aralıda, Şəmkir çayının sol sahilində meşəli dağların ətəyində yerləşir. Uzun müddət yaşayış yeri olduğundan, digər abidələrə nəzərən daha çox dağılmamışdır.
       Samux rayonu ərazisində məscid (Nəbiağalı, Əhmədbəyli kəndlərində), İmamzadə türbəsi (VIII əsr, hündürlüyü 12 m), Zazalı  kəndində İmamzadə türbəsi (V əsr), Zazalı kəndi yaxınlığında an­tik dövrə aid məbəd. Çoban Abdallı kəndində VI - VII əsrlərə aid “Abdal” pir ocağı, “İlanpiri oca­ğı” (XVII əsr). Samux rayonunda “Abdal” körpüsü (XIX əsr), Qarayeri qəsəbəsində almanlar tərəfindən tikilmiş zirzəmi (1895). Samux qəsəbəsi yaxınlığında XIII - XV əsrlərə aid “Gil tikintisi”. Zazalı kəndində XIV - XVI əsrlərə aid kəhrizlər: Kor arxı, Qızıl Hacılı arxı, Xan arxı, Karxa­na arxı, Arazbar, Şatır arxı, Xanlıq, Çölək arxı. Samux rayonu ərazisində müxtəlif tarixi dövlərə aid olan tarixi memarlıq abidələri vardır. Diametri 10-20 m, hündürlüyü 1-1,5 m olan Nəbiağalı kurqanları daha çox seçilir. Bu kurqanların yaranma tarixi tunc dövrünün sonuna və daş dövrünün başlanğıcına aid edilir.
        Tovuz rayonunun ərazisində 64 tarixi-mədəni, arxeoloji abidə, o cümlədən 18 ölkə (2 memarlıq, 16 arxeoloji), 46 yerli (32 memarlıq, 11 arxeoloji, 1 monumental xatirə  abidəsi, 2 dekorativ - tətbiqi sənət nümunəsi) abidə mühafizə edilir.
       Tovuz rayonu Kirzan kəndində məbəd (XII əsr), Şah Abbas məscidi, Düz Qırıqlı kəndində Alı Dədə türbəsi (XIX əsr), XIX əsrə aid Hacı Bağır məscidi Yanıqlı kənd məscidini, Kirzan məbədini misal göstərmək olar. Poylu kəndində türbələr komplek­si (XIX əsr). Birinci Şıxlı kəndində 3 türbə (XIX əsr). Salahlı kəndində məbədlər kompleksi (XIX əsr). Yuxarı Öysüzlü istiqamətində “Məscid” (XIX əsr),  Vahidli kəndi ərazisində olan “Məscid və türbələr kompleksi”, Yanıxlı kəndində XVII əsrə aid məscid. “Qərib Seyid” Ziyarətgahı, Qədim tarixə malik olan Əsrik çayının sol sahilində “Alban kilsəsi V-VII əsrlər”.
        Müasir Tovuz ərazisi Antik Dövrlərdə Qafqaz Albani­yası (Kambisena) ərazisinə daxil idi. I Şah İsmayıl Səfəvinin (1501-1524) dövründə Tovuz və ona bitişik ərazilər qızılbaş zülqədər tayfasının qolu olan şəmşəddil tay­fasının irsi mülkiyyətində Qara­bağ bəylərbəyliyinə tabe olmuşdur.
       Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənət abidəsidir. Qazax  rayonu ərazisində çoxlu sayda qədim məscidlər var. Qazax rayonu Yuxarı Əskipara kəndindəki məbəd (V-VIII əsrlər), Şəkərqala məbədi (XV əsr), Qazax şəhərindəki məscid, Qazax rayonu Poylu kəndində XIX əsr məqbərələr qrupu, rayon ərazisində məbəd V-VIII əsrlər Yuxarı (Əskipara kəndi) , Alban məbədi VII əsr (Daş Salahlı kəndi ). Qazax ərazisində Qatır Körpüsü, Qı­zılhacılı körpüsü, Kazım Körpüsü, Yeraltı yol (XIV əsr), bürc (XVII əsr), Qatır körpüsü, Qızıl­hacılı körpüsü. Xramçay üzərində XII əsrə aid Sınıq körpü (Qırmızı körpü), Qıraq Kəsəmən kəndində dairəvi bürc (XVII əsr). Rayonda Sınıq körpü XII əsr , Damcılı mağara düşərgəsi Paleolit dövrü (Daşsalahlı kəndi) , Baba Dərviş yaşayış yeri (3 abidə) Tunc dövrü, (Dəmirçilər kəndi),  Məbəd V-VIII əsrlər Yuxarı (Əskipara kəndi) , Didivan qülləsi VI-VII əsrlər Xanlıqlar kəndi, Alban məbədi VII əsr (Daş Salahlı kəndi ), Qıraq Kəsəmənli kəndindəki dairəvi qüllə (XVIII əsr), Qazax rayonu Poylu kəndində XIX əsr məqbərələr qrupu, Qatır körpüsü, Qızılhacılı körpüsü, Kazım körpüsü (hamısı XV əsrə aiddir), Qırmızı və Sınıq körpü (XII əsr). Qeyd olunan abidələrin əksəriyyəti ölkə əhəmiyyətli olsa da, onların yerli və xarici turizm marşrutlarında istifadə olunması turizmin inkişafında əhəmiyyətli rol oynaya bilər.
        Şəmkir rayonu ərazisində IX-XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX-XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası (Muxtariyyə kəndi), XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları (Bayramlı kəndi), XI-XII əsrlərə aid Qız qalası (Seyfəli kəndi), XVI-XVII əsrlərə aid məscid (Abbaslı kəndi), XI əsrə aid Qız qalası (Tatarlı kəndi), XVI-XVII əsrlərə aid körpü (Təhnəli kəndi), XVII əsrə aid Divan bürcü (Yeni həyat kəndi), XVI-XVII əsrlərə aid Koroğlu qalası (Şəmkir şəhəri), dəmir dövrünə aid Qalaboynu qalacası (Atabəy kəndi), erkən orta əsrlərə aid Pir (Alman abidəsi) (Dağ-Daşbulaq), 1909-cu ildə tikilmiş Alman kilsəsi (Şəmkir şəhəri), XI-XII əsrlərə aid oğuz qəbiristanlığı (Yeni Seyfəli kəndi), XVI-XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) mövcuddur.
      Gəncə şəhəri. Müasir Gəncənin 7 km Şimalında yerləşən  “Nizami məqbərəsi” Dünya ədəbiyyatının korifeylərindən biri olan, Azərbaycan xalqının dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsi indiki Gəncə şəhərinin 7 km şərqində “Şıx düzü” deyilən yerdə inşa edilmişdir. Şeyx Nizaminin məzarı əsrlər boyu təkcə yerli əhalinin deyil, həm də Gəncəyə yolu düşən insanların müqəddəs bildiyi yer olmuşdur. Lakin bunlara baxmayaraq son dövrlərə qədər ulu Nizaminin qəbrinin üstündə tarixi keçmişdən xəbər verən, memarlıq quruluşunda tikilmiş, xarici görkəmi, səliqəli olan abidə olmamışdır.
       Gəncə şəhərinin ölkə və yerli əhəmiyyətli tarixi və memarlıq abidələri əsasən şəhərin Nizami rayonu ərazisində yerləşir. Bunlardan ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri aşağıdakılardır: Şah Abbas karvansarayı (XVII əsr); Uğurlu xan karvansarayı (XVIII əsr); Çökək hamam (XVII əsr); Cümə məscidi (XVII əsr); Cümə məscidinin minarələri (XIX əsr); Gəncə qalasının divar qalığı (XVI əsr); Cavad xanın dəftərxanası (XVIII əsr); Albanlar məbədi (XVII əsr); Zərrabi məscidi (XVIII əsr); Xan bağı (XIX əsr); Köhnə Gəncə Orta əsrlər şəhər yaxınlığında, Uğurlu Xan karvansarayı XVIII əsr Zərrabi küçəsi, Gəncə qalası və qala divarları XV-XVI əsrlər Gəncə çayının sağ sahili , Qala bürcü XV-XVI əsrlər Qədim Gəncə xarabalığı , Şah Abbas Karvansarayı XVII əsr Ə.Hüseynzadə küçəsi, Cümə məscidi 1606-cı il Mərkəz, Xətai prospekti , İmamzadə kompleksi XVII-XIX əsrlər Köhnə Gəncə, Qala divarlarının qalıqları XI-XII əsrlər Köhnə Gəncə.       Gəncə şəhərində “İmamzadə türbəsi”, “Comərdi Qəssab” türbəsi yer alır.  “İmamzadə” türbəsini  yerli əhali “Pir”, “Göy İmam”, “Göy gümbəz” deyə adlandırır. 6-7 metr hündürlüyündə olan bu türbə 4 bucaqlı şəkildədir. Türbə xaricdən rəngli naxışlarla bəzənmişdir. Onun diqqəti cəlb edən gümbəz hissəsi vardır. Gövdənin hündürlüyü 2,5 metr, xarici və daxili diametri 4 metrə yaxındır. Türbənin xarici hissəsinin mərkəzi yerində ərəb dilində yazılmış kitabə vardır. Bu kitabədən məlum olur ki, İmamzadə türbəsi VIII əsrdə inşa edilmişdir.
      “Cömərdi qəssab” - Bütpərəstliyə qarşı mübariz, İslam dinini Azərbaycanda ilk qəbul edənlərdən biri, mərd, xeyirxah, əliaçıqlığı ilə şəhər sakinlərinin böyük hörmətini qazanan bu insan 664-cü ildə şəhərin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş, bu insanın məzarı üzərində şəhər əhalisi tərəfindən türbə ucaldılmışdır. Dairəvi formada tikilmiş bu abidə bişmiş kərpiclə hörülmüşdür. Divarın qalınlığı 80 sm olmuşdur. Əfsuslar olsun ki, sovetlər dövründə abidə heç bir lüzum olmadığı halda tamamilə sökülmüş və abidənin yerindən istilik xətti çəkilmişdir. Son illər şəhərdə aparılan quruculuq işləri çərçivəsində şəhərin başqa tarixi abidələri ilə bərabər “Comərdi-qəssab” məbədi öz tarixi təməli üzərində tamamilə yenidən bərpa edilmiş və sakinlərin ziyarət yerinə çevrilmişdir.

      “Alban-məbədi” - XVII əsrin tarixi abidəsidir, 7 sütundan ibarətdir, dam örtüyü daşdandır və üstündə 8 guşəli baxış qülləsi yerləşir. 

Silikon Vadisi 🍀

                                                                                       Silikon Vadi si       ⧬  Şimali Kaliforniyad...